Prezident İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə İSESCO-nun 30 illiyinə həsr olunmuş emblemi dövlətimizin başçısına təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Əbdüləziz bin Osman əl-Tüveycrinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd etdi.
Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, Forumun artıq ənənəyə çevrildiyi məmnunluqla qeyd olundu. Görüşdə, həmçinin Azərbaycan ilə İSESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edildi.