İlham Əliyev Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib

23 yanvar 2024, 11:15
İlham Əliyev Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirildi. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlandı.

Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu bildirildi. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti vurğulandı. Aleksey Overçukun səfərinin əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirildi.

Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 iyul 2025
11:34
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun...

19 iyul 2025, 11:34
SƏNƏDLƏR Sərəncamlar 19 iyul 2025
11:30
Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, geodeziya və kartoqrafiya sahəsinin dünya geodeziya şəbəkəsinə inteqrasiyası və geodeziya koordinat sisteminin vahidliyinin təmin edilməsi məqsədilə...

19 iyul 2025, 11:30