“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

18 yanvar 2024, 17:31

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 688; 2000, № 7, maddə 494; 2002, № 8, maddə 464; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005, № 10, maddələr 874, 876, 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddə 1, № 2, maddə 82; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 11, maddə 944; 2011, № 4, maddə 269, № 7, maddə 611, № 11, maddə 987; 2012, № 6, maddə 519; 2014, № 3, maddə 237; 2016, № 6, maddələr 1012, 1017; 2017, № 12 (I kitab), maddə 2238; 2018, № 2, maddə 146; 2020, № 7, maddə 856; 2021, № 5, maddə 432; 2022, № 8, maddə 831, № 12, maddə 1367; 2023, № 5, maddələr 616, 624) 39-cu maddəsinin dördüncü hissəsinin birinci abzasına “işçilərinin” sözündən sonra “və prokurorluq orqanlarının digər əməkdaşlarının” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20