Ukraynanın İvano-Frankovsk vilayəti diasporunun sədri Mətləb Nəcəfovdan

29 dekabr 2023, 17:19

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bu il bütün azərbaycanlılar üçün əlamətdar il oldu. Hamımız böyük iftixarla Azərbaycanın suverenliyinin tam bərpa edilməsinin sevincini yaşayırıq.

Möhtərəm Prezident, hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi olub. Bu arzumu Müzəffər Ali Baş Komandan olaraq Siz reallaşdırdınız. Bu sevinci bizə yaşatdığınız üçün Sizə minnətdarıq. Sizinlə fəxr edirik. Sizə inanırıq. Əminik ki, Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan daim inkişaf edəcək, daha böyük uğurlar qazanacaq.

Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

Mətləb Nəcəfov

Ukraynanın İvano-Frankovsk vilayəti diasporunun sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55