Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədov və Konqresin sədri Murtuz Gülməmmədovdan

29 dekabr 2023, 17:03

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Şimali Osetiya-Alaniya Respublikasında Azərbaycanlılar Konqresinin üzvləri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, tükənməz enerji, yeni-yeni nailiyyətlər, Vətənimiz Azərbaycanın rifahı naminə xeyirxah işlərinizdə uğurlar arzulayırıq.

Siz müdrik dövlət başçısı, daim qələbələrə doğru irəliləyən enerjili, məsuliyyətli, təcrübəli şəxsiyyət kimi böyük nüfuza maliksiniz. Siz Azərbaycan Respublikasını keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarmısınız. Bütün zəruri dəyişiklikləri tam qətiyyətlə və iradə ilə yerinə yetirirsiniz. Çoxtərəfli fəaliyyətiniz sayəsində Vətənimiz Azərbaycan Respublikası qüdrətini artırıb, müstəqilliyini möhkəmləndirib. Konstruktiv siyasətiniz beynəlxalq aləmdə geniş şəkildə təqdir edilir.

Hörmətli İlham Heydər oğlu, biz Sizinlə fəxr edirik. Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz.

Hörmətlə,

Şahin Məmmədov

Rusiyanın Şimali-Osetiya-Alaniya Respublikasında

Azərbaycanlılar Konqresinin fəxri prezidenti,

Murtuz Gülməmmədov

Konqresin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55