Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahovadan

29 dekabr 2023, 17:14

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Böyük Britaniyadakı Azərbaycan icması və “Qarabağ” məktəbinin kollektivi adından və şəxsən öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Sizə möhkəm cansağlığı, tükənməz enerji və sevimli ölkəmizə xidmətdə davamlı müvəffəqiyyətlər arzulayırıq.

Siz Azərbaycan xalqının vətənpərvər və fədakar oğlu, müdrik liderimiz, zəmanəmizin görkəmli siyasi xadimisiniz. Sizin rəhbərliyinizlə rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, keçmiş məcburi köçkünlərin yurd həsrətinə son qoyuldu. Çox fərəhli haldır ki, ölkəmizin suverenliyinin tam bərpa edilməsi Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilinə təsadüf etdi. Bu, Sizin rəhbərliyinizlə əldə olunan möhtəşəm nailiyyətlərin sübutudur.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizin dünya azərbaycanlılarına diqqət və qayğınız bizi tarixi Vətənimizin uğurları ilə fəxr etməyə ruhlandırır, fəaliyyətimizi daha da stimullaşdırır. Gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizə yekdil dəstəyimizi ifadə edirik. Əminik ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəkdir.

Dərin hörmətlə,

Fəridə Pənahova

Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20