13:09

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381, № 8, maddə 1382; 2020, № 5, maddə 521, № 9, maddə 1137, № 11, maddə 1322; 2021, № 3, maddə 212; 2022, № 1, maddə 9, № 12, maddə 1377; 2023, № 4, maddə 465) aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü maddə üzrə:
1.1. 13.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.1.4 – 13.1.6-cı maddələr əlavə edilsin:
“13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən;
13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən;
13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən.”;
1.2. 13.2.1-ci və 13.2.2-ci maddələrdə “və 13.1.2-ci” sözləri “, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı” sözləri ilə əvəz edilsin;
1.3. 13.2.3-cü və 13.8-ci maddələrdə “30” rəqəmləri “24” rəqəmləri ilə əvəz edilsin;
1.4. 13.4-cü maddədə “13.2.1-ci və 13.2.2-ci” sözləri “13.2.1 – 13.2.3-cü” sözləri ilə əvəz edilsin.
2. 15.1-ci maddədən “, lakin 20 faizdən çox olmamaq şərtilə” sözləri cıxarılsın.
3. 18.0.2-ci və 18.0.4-cü maddələrə “səbəblər” sözündən sonra “(hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2023-cü il
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38