Rusiyanın Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyevdən

28 dekabr 2023, 17:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzi adından doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin uzaqgörən siyasətiniz sayəsində sürətlə inkişaf edən Azərbaycan yüksək nüfuz və hörmət qazanaraq beynəlxalq aləmdə layiqli yer tutub. Ali Baş Komandan olaraq Sizin rəhbərliyinizlə şanlı Ordumuz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları işğaldan azad etməklə möhtəşəm Zəfər əldə edib. Son 200 ildə Azərbaycanın itirilən, işğal olunan torpaqlarını geri qaytaran sərkərdə kimi adınız tariximizə qızıl hərflərlə yazılıb. Dünya azərbaycanlıları Sizin dəmir yumruğunuz ətrafında birləşib. İnanırıq ki, 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə Siz yüksək səs çoxluğu ilə yenidən Azərbaycanın Prezidenti seçiləcəksiniz. Kirov vilayətindəki diaspor olaraq hər zaman Sizi və yürütdüyünüz siyasəti dəstəkləyirik. Biz vətəndən kənarda yaşamağımıza baxmayaraq, daim azərbaycançılığı təbliğ edirik.

Cənab Prezident, Siz Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların tarixi Vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirakı məsələlərini qeyd etdiniz və bu istiqamətdə tövsiyələrinizi verdiniz. Böyük fəxarət hissi ilə öz fəaliyyətimizdə Sizin tapşırıq və tövsiyələrinizi yerinə yetiririk.

Sizə cansağlığı, uğurlar, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də böyük qələbə arzulayırıq.

Yaşasın Azərbaycan!

Eşq olsun Ali Baş Komandana!

Hörmətlə,

Osman Alıyev

Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən

“Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20