Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanovdan

28 dekabr 2023, 16:15

Azərbaycan Respublikasının Prezidenti Zat-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə ən xoş arzularla səmimi-qəlbdən təbrik edim. Sizə müstəqil Azərbaycanımızın tərəqqisi, firavanlığı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın böyük inkişaf yolu, qüdrətlənməsi, eyni zamanda dünyada etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır.

Gürcüstanda yaşayan minlərlə azərbaycanlı gənc Sizin dəstəyinizlə bu ölkənin ali təhsil müəssisələrində təhsil alır və müasir gürcü cəmiyyətinə inteqrasiya edir. Gürcüstan ilə Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz Gürcüstan azərbaycanlılarını, eləcə də gürcü ictimaiyyətini çox sevindirir.

Hörmətli Prezident, bu il dünya azərbaycanlılarının əbədiyaşar Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bütün dünyada olduğu kimi, Gürcüstanda da silsilə tədbirlər keçirilib. Bu əlamətdar tədbirlərdə bizimlə yanaşı, dost və qardaş gürcü xalqının nümayəndələri də Gürcüstanın əsl dostu olmuş Ulu Öndər Heydər Əliyevi böyük hörmətlə yad edib, sonsuz ehtiramlarını bildiriblər.

Möhtərəm cənab Prezident, bu gün dünyada və Gürcüstanda yaşayan azərbaycanlılar Sizin yürütdüyünüz müdrik siyasət nəticəsində əldə edilən uğurların qürur və sevinc hissi ilə yaşayır və fəaliyyət göstərirlər. Otuz illik həsrətdən sonra Siz Müzəffər Lider olaraq Azərbaycanın əzəli torpaqlarını düşməndən azad etdiniz və ölkənin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq hər zaman Sizin siyasətinizi dəstəkləyirik. Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlı gələn ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyir və qələbənizlə bağlı sevinci səbirsizliklə gözləyir.

Hörmətli cənab Prezident, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, Sizə, ailənizə və bütün Azərbaycan xalqına xoşbəxt və firavan həyat arzu edir, Qarabağımızda görülən bərpa-quruculuq işlərində uğurlar diləyirəm. Biz birlikdə güclüyük!

Dərin hörmətlə,

Məhəbbət İmanov

Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru

SƏNƏDLƏR Sərəncamlar 07 mart 2025
16:00
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...

07 mart 2025, 16:00
SƏNƏDLƏR Sərəncamlar 06 mart 2025
16:30
“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...

06 mart 2025, 16:30