“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatının sədri Bəxtiyar Həsənovdan

28 dekabr 2023, 12:46

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Moskvada yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Fəxr edirik ki, Sizin kimi dünyanın ən nüfuzlu liderlərindən biri olan Prezidentimiz var. Sizin və rəşadətli Ordumuzun böyük uğurları sayəsində biz azərbaycanlılar indi qürurla, alnıaçıq yaşayır və çalışırıq. Siz layiqli övlad kimi Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirdiniz, vəsiyyətini yerinə yetirdiniz, adınızı tarixə qızıl hərflərlə yazdınız. Siz öz fəaliyyətinizlə Azərbaycana sevginizi nümayiş etdirərək onun müstəqilliyini möhkəmləndirdiniz, ərazi bütövlüyünü tam təmin etdiniz, təhlükəsizliyini, hərtərəfli siyasi və iqtisadi inkişafını təmin etdiniz, xalqın rifahı naminə böyük işlər gördünüz. Sizə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2024-cü il münasibətilə də təbrik edirik. Gələn il keçiriləcək prezident seçkilərində Sizə inamlı qələbə arzulayırıq.

Hörmətlə,

Bəxtiyar Həsənov

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti”

Regional İctimai Təşkilatının sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20