Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinskidən

27 dekabr 2023, 14:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Rusiya Federasiyasının Ural Federal Dairəsinin çoxsaylı Azərbaycan icması adından və şəxsən öz adımdan Sizə ehtiramımızı bildirir, doğum gününüz münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Sizin insani keyfiyyətləriniz, siyasi iradəniz, təşəbbüskarlığınız, enerjiniz, peşəkarlığınız həm xalq, həm də digər dövlətlərin rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.

Sizin Azərbaycan Respublikasının firavanlığı, onun iqtisadiyyatının və mədəniyyətinin inkişafı istiqamətindəki səyləriniz dəstəklənir. Arzu edirəm ki, sevimli Azərbaycanımızın bundan sonra da sosial-iqtisadi inkişafına, həmvətənlərimizin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətinizdə daim böyük uğurlar qazanasınız.

Qoy Sizin bilikləriniz, təcrübəniz, müdrikliyiniz dünyada birliyin və həmrəyliyin möhkəmlənməsinə, tarixən bizə dost, tərəfdaş olan Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin daha da genişlənməsinə töhfə olsun! Biz azərbaycanlılar Sizin ətrafınızda birləşərək daxili və xarici siyasətinizi dəstəkləyir, bütün Azərbaycan xalqının birliyi və gücünə görə qürur və sevinc duyuruq. 

2020-ci ildə 44 günlük Vətən müharibəsi Sizin sərkərdəlik qabiliyyətiniz, diplomatik məharətiniz, prinsipiallığınız və dəmir iradəniz nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qısa müddət sonra Qarabağda yenidənqurma işlərinə başlanıldı. Bütün bunlar Sizin uzaqgörən siyasətinizin, həyata keçirdiyiniz siyasi, iqtisadi və hərbi islahatların nəticələridir.

İndi biz cəsarətlə bəyan edirik ki, Azərbaycan xalqı qalib xalqdır. Bütün Azərbaycan xalqı tam əmindir ki, ölkəmizin taleyi qayğıkeş və etibarlı əllərdədir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirik.

Siz bütün Azərbaycan xalqını xoşbəxt etdiniz. Sizinlə fəxr edirik, Sizə inanırıq, güvənirik, Sizi sevirik.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Dərin hörmət və minnətdarlıq hissi ilə,

Şahin Şıxlinski

Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan-Ural”

İctimai Milli-Mədəni Təşkilatının sədri

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20