Rusiyanın Ulyanovsk vilayəti qubernatorunun milli məsələlər üzrə müşaviri, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hüseynovdan

27 dekabr 2023, 13:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin uzaqgörən və müdrik rəhbərliyinizlə inamla inkişaf edir. Yüksək peşəkarlıq, qətiyyət və məqsədyönlülük sayəsində ölkədə iqtisadi, sosial, mədəni tərəqqi, sabitlik təmin edilib. Azərbaycan Respublikası ilə Ulyanovsk vilayəti arasında dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın inkişafına verdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, qurucu və məhsuldar fəaliyyətinizdə tükənməz enerji, qarşıya qoyulan məqsədlərə nail olunmasında müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, Sizin peşəkarlığınız və həyat təcrübəniz qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə kömək edəcəkdir.

Hörmətlə,

İslam Hüseynov

Rusiyanın Ulyanovsk vilayəti qubernatorunun milli məsələlər üzrə müşaviri,

“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti”

İctimai Təşkilatının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55