19:10
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50, № 5, maddələr 793, 815, № 6, maddə 999, № 8, maddə 1362; 2020, № 7, maddələr 822, 830; 2021, № 6 (I kitab), maddə 558, № 8, maddə 896, № 11, maddə 1206, № 12, maddələr 1298, 1320; 2023, № 1, maddə 41, № 2, maddə 165, № 7, maddə 918) 119.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“119.1.7. səkkizinci növbədə, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin sığortaçının ləğvi tarixindən əvvəlki bir il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər;” .
Maddə 2. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2023-cü il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Bu barədə dövlətimizin başçısının “X” ...
01 sentyabr 2026, 18:59Hörmətli cənab Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etima...
01 sentyabr 2026, 11:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 8 avqust 2025-ci il tarix...
31 avqust 2026, 14:55
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə ...
31 avqust 2026, 11:06