“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1039-VIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27 dekabr 2023, 11:21

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1039-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.24 – 20.0.28-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur;

1.3. həmin Qanunun 20.0.25-ci maddəsində “orqan (qurum)” dedikdə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası nəzərdə tutulur;

1.4. həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;

1.5. həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur.

2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801; 2016, № 2 (II kitab), maddə 260, № 6, maddə 1022; 2017, № 8, maddə 1521; 2022, № 1, maddə 19, № 5, maddə 474; 2023, № 1, maddə 92) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-1-ci bənddə “və 20.0.23-cü (hər iki halda)” sözləri “, 20.0.23-cü (hər iki halda) və 20.0.24 – 20.0.28-ci” sözləri ilə əvəz edilsin;

2.2. 3.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.10 – 3.13-cü bəndlər əlavə edilsin:

“3.10. həmin Qanunun 20.0.24-cü və 20.0.26-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu nəzərdə tutulur;

3.11. həmin Qanunun 20.0.25-ci maddəsində “orqan (qurum)” dedikdə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası nəzərdə tutulur;

3.12. həmin Qanunun 20.0.27-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur;

3.13. həmin Qanunun 20.0.28-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2023-cü il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55