18:46
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə...
10 yanvar 2025, 18:46Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8, № 4, maddə 307, № 6 (I kitab), maddələr 556, 558, № 7, maddə 711, № 8, maddə 894, № 11, maddə 1206, № 12, maddə 1335; 2022, № 6, maddə 580, № 8, maddələr 824, 828, 833; 2023, № 1, maddələr 7, 22, № 3, maddə 333, № 4, maddə 445, № 6, maddə 742, № 7, maddələr 881, 900, № 8 (I kitab), maddə 1094) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 90-cı maddə üzrə:
1.1.1. 90.3-cü maddədən “, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə” sözləri çıxarılsın;
1.1.2. aşağıdakı məzmunda 90.3-1-ci maddə əlavə edilsin:
“90.3-1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı cəmiyyət iştirakçılarının yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və (və ya) cəmiyyət çıxış edə bilər.
Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir.”;
1.1.3. 90.4-cü maddəyə ikinci halda “(və ya)” sözlərindən sonra “cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi yolu ilə və (və ya)” sözləri və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyətin nizamnamə kapitalındakı payla əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə iştirak payı ilə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə maya qoyulması hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır.”;
1.2. 103-cü maddə üzrə:
1.2.1. 103.4-cü maddədən “, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad etməyə” sözləri çıxarılsın;
1.2.2. aşağıdakı məzmunda 103.4-1-ci maddə əlavə edilsin:
“103.4-1. Səhmdar cəmiyyətin səsvermə hüququna malik olan səhmdarlarının üçdə iki səs çoxluğu ilə həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və cəmiyyətin səhmdarı olmaqla (əlavə buraxılmış səhmləri əldə etməklə) cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və (və ya) cəmiyyət çıxış edə bilər. Əlavə buraxılmış səhmlərin cəmiyyətə qarşı pul tələbinin əvəzləşdirilməsi ilə əldə edilməsinə qapalı yerləşdirmə üsulu ilə yol verilir. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir.”;
1.3. 104-cü maddə üzrə:
1.3.1. 104.1-ci maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətə qarşı pul tələbi olan şəxslər pul tələbinin əvəzləşdirilməsi yolu ilə səhm əldə etmək təşəbbüsü ilə çıxış etdikdə əlavə səhmlərin buraxılması barədə qərarda həmin səhmləri əldə edəcək şəxslər göstərilməlidir.”;
1.3.2. aşağıdakı məzmunda 104.1-1-ci maddə əlavə edilsin:
“104.1-1. Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyət tərəfindən əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə səhmlər buraxmaq hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır.”.
Maddə 2. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2023-cü il
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə...
10 yanvar 2025, 18:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə...
10 yanvar 2025, 18:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və...
10 yanvar 2025, 17:56Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati...
10 yanvar 2025, 14:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının...
10 yanvar 2025, 14:44Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və...
10 yanvar 2025, 14:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...
10 yanvar 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş...
10 yanvar 2025, 13:441. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...
10 yanvar 2025, 13:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...
10 yanvar 2025, 13:14