İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollenbranddan

26 dekabr 2023, 17:14

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan böyük nailiyyətlər qazanıb. Biz Sizin uzaqgörən siyasətinizin respublikamızı daim parlaq qələbələrə doğru aparacağına inanırıq. Hər zaman Sizin yanınızdayıq. Qarşıdan gələn növbədənkənar prezident seçkilərində Sizi dəstəkləyəcəyik.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Nadir Hollenbrand

İsveçdə fəaliyyət göstərən “Azərbaycan Naminə”

Cəmiyyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55