Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

25 dekabr 2023, 19:06

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752, № 11, maddə 1976; 2018, № 5, maddələr 855, 878, № 7 (I kitab), maddə 1440; 2019, № 1, maddə 23, № 7, maddə 1199, № 12, maddə 1899; 2020, № 6, maddə 669; 2021, № 7, maddələr 711, 715; 2022, № 6, maddə 591, № 7, maddə 703; 2023, № 2, maddə 199, № 4, maddə 445, № 8 (I kitab), maddə 1112) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-1-ci maddə üzrə:

1.1. 9-1.2-ci maddədə “aktlarının” sözü “qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları)” sözləri ilə əvəz edilsin;

1.2. 9-1.5-ci maddənin birinci cümləsində “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin;

1.3. 9-1.9-cu maddədə “proses” sözü “inzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin.

2. 12.2-ci maddənin birinci cümləsində “proses” sözü “inzibati məhkəmə icraatı” sözləri ilə, ikinci cümləsində “tərəflərdən” sözü “proses iştirakçılarından” sözləri ilə əvəz edilsin.

3. 17.4-cü maddənin birinci cümləsində “tərəflər və digər proses” sözləri “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin və həmin cümləyə “ekspertlər” sözündən sonra “, mütəxəssislər” sözü əlavə edilsin.

4. 18.0-cı maddə üzrə:

4.1. 18.0.1-ci, 18.0.2-ci və 18.0.4-cü maddələrdə “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin;

4.2. 18.0.3-cü maddədə “18.1.1-ci” sözləri “18.0.1-ci” sözləri ilə əvəz edilsin.

5. IV fəslin adına “SƏNƏDLƏRİNİ” sözündən əvvəl “DİGƏR MƏHKƏMƏ” sözləri əlavə edilsin.

6. 20-ci maddə üzrə:

6.1. 20.1-ci maddənin birinci cümləsində “qərarları, qərardadları, sərəncamları (bundan sonra – məhkəmə aktları)” sözləri “aktları” sözü ilə əvəz edilsin;

6.2. 20.3-cü maddəyə “sənədləri” sözündən əvvəl “digər məhkəmə” sözləri əlavə edilsin.

7. 21-ci maddə üzrə:

7.1. 21.3-cü maddənin birinci cümləsində və 21.9-cu maddədə “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin;

7.2. 21.8-ci maddəyə “sənədləri” sözündən əvvəl “digər məhkəmə” sözləri əlavə edilsin.

8. 23.1-ci maddədə, 23.2-ci maddənin ikinci cümləsində, 77.1-ci, 78-ci maddələrdə, 89-cu maddənin birinci cümləsində, 100-cü maddədə, 117.2-ci maddənin birinci cümləsində və 123.5-ci maddədə “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin.

9. 24.1-ci və 120.1-ci maddələrdə “proses” sözü “inzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin.

10. 27-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 27. Proses iştirakçıları

27.1. İnzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar.

27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar.

27.3. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar.”.

11. 31-ci maddə üzrə:

11.1. 31.1-ci maddənin birinci cümləsində “proses” sözü “inzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin;

11.2. 31.2-ci maddəyə “sənədləri” sözündən əvvəl “digər məhkəmə” sözləri əlavə edilsin.

12. 45.2-ci maddədə “Proses” sözü “İnzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin.

13. 48-ci maddə üzrə:

13.1. adında “proses” sözü “inzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin;

13.2. 48.2-ci maddənin üçüncü cümləsinə “surətlərini” sözündən sonra “işin hallarından asılı olaraq” sözləri əlavə edilsin.

14. 49-cu maddə üzrə:

14.1. 49.1.1-ci maddəyə “proses” sözündən əvvəl “tərəfləri, zərurət olduğu hallarda digər” sözləri əlavə edilsin;

14.2. 49.1.6-cı maddədə “və ekspertləri” sözləri “, ekspertləri və mütəxəssisləri” sözləri ilə əvəz edilsin.

15. 54.1-ci maddədə “İnzibati məhkəmə icraatının başqa iştirakçılarının” sözləri “Cavabdehin” sözü ilə əvəz edilsin.

16. 58.2-ci maddəyə “və” sözündən sonra “digər” sözü əlavə edilsin.

17. 59.2-ci maddənin birinci cümləsinə “ekspertlərə” sözündən sonra “, mütəxəssislərə” sözü əlavə edilsin.

18. 61.1-ci maddədə, 61.2-ci maddənin birinci cümləsində və 65.2-ci maddənin dördüncü cümləsində “Proses” sözü “İnzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin.

19. 69-cu maddə üzrə:

19.1. 69.2-ci maddədən “, onların qanuni və (və ya) prosessual nümayəndələrinin” sözləri çıxarılsın;

19.2. 69.8-ci maddədə “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin.

20. 75-ci maddə üzrə:

20.1. 75.3-cü maddədə “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin;

20.2. 75.3-1-ci maddədə “Proses” sözü “İnzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin;

20.3. 75.4-cü maddənin birinci cümləsində “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə, ikinci cümləsində “Tərəflərin şikayətin geri götürülməsi haqqında bəyanatı” sözləri “Şikayətin geri götürülməsi haqqında bəyanat” sözləri ilə əvəz edilsin.

21. 81.2-ci maddədən “(tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər)” sözləri çıxarılsın.

22. 87-ci maddə üzrə:

22.1. 87.1-ci maddədə “digər proses iştirakçılarına göndərir, proses” sözləri “inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin;

22.2. 87.4-cü maddənin ikinci cümləsində “proses” sözü “inzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin.

23. 92.0-cı maddə üzrə:

23.1. 92.0.3-cü maddədə “proses” sözü “inzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin;

23.2. 92.0.4-cü maddədə “proses” sözü birinci halda “inzibati məhkəmə icraatı” sözləri ilə, ikinci halda “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin.

24. 96-cı maddə üzrə:

24.1. 96.1-ci maddədə “digər proses iştirakçılarına göndərir, proses” sözləri “inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin;

24.2. 96.3-cü maddənin ikinci cümləsində “proses” sözü “inzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin;

24.3. 96.4-cü maddənin üçüncü cümləsində “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin.

25. 110-cu maddə üzrə:

25.1. 110.1-ci maddədə “işdə iştirak edən şəxslərə” sözləri “inzibati məhkəmə icraatının iştirakçılarına” sözləri ilə əvəz edilsin;

25.2. 110.5-ci maddədə “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin.

26. 111-ci maddə üzrə:

26.1. 111.1-ci maddənin birinci cümləsində “Proses” sözü “İnzibati məhkəmə icraatı” sözləri ilə, “proses” sözü “inzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin;

26.2. 111.2-ci maddədə “Proses” sözü “İnzibati məhkəmə icraatı” sözləri ilə əvəz edilsin;

26.3. 111.5-ci maddədə “Proses” sözü “İnzibati məhkəmə icraatının” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:44
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının...

10 yanvar 2025, 14:44
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
14:40
“Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.

2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...

10 yanvar 2025, 14:40
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:16
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...

10 yanvar 2025, 13:16
SƏNƏDLƏR Fərmanlar 10 yanvar 2025
13:14
“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən...

10 yanvar 2025, 13:14