Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, Rusiyanın Əməkdar jurnalisti Dmitri Lixanovdan

25 dekabr 2023, 18:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Rusiya Uşaq Fondu və Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından səmimi təbriklərimi qəbul edin.

Uşaq Fondu 35 ildir uşaqların müdafiəsini həyata keçirir və biz əl-ələ verərək gələcəyin layiqli vətəndaşları nəslinin formalaşdırılması istiqamətində yüksək məqsədə doğru irəliləyirik. Belə əlamətdar günlərdə biz Vətənin və onun xalqının maraqları üçün yaşamış valideynlərimizi sevgi ilə xatırlayırıq.

Sizə möhkəm cansağlığı, hər zaman xoş əhval-ruhiyyə, tükənməz enerji arzulayıram. Qoy xeyirxah işlər həmişə uğurla və böyük həvəslə həyata keçsin! Bu işlərin mükafatı isə Azərbaycan Respublikasının xoşbəxt uşaqlarının təbəssümü olacaq.

Hörmətlə,

Dmitri Lixanov

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı,

Rusiyanın Əməkdar jurnalisti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55