15:11

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin doğum gününüz münasibətilə Sizi təbrik edim.
Bu əlamətdar gündə Sizə, ailənizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı bildirirəm.
Sizin gördüyünüz işlər, qazandığınız nailiyyətlər bütün dünyada milyonlarla azərbaycanlıya ilham verir. Azərbaycan Sizin rəhbərliyinizlə böyük uğurlar qazanıb. Amma bu il ən böyük nailiyyət Azərbaycanın suverenliyini tam bərpa etməsi oldu.
Azərbaycanın dünya arenasında nüfuzu böyük dərəcədə artıb.
Bu, hər şeydən əvvəl, Sizin xidmətinizdir. Yuxarıda qeyd edilən uğurların kulminasiya nöqtəsi isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinə dair qərar oldu.
Möhtərəm İlham Heydər oğlu, hadisələrin baş verməsi mərhələlərinə nəzər salsaq, dahi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, Sizin uzaqgörənliyiniz, parlaq diplomat, böyük strateq istedadınız heyranlıq doğurur.
Sizə, gözəl ailənizə cansağlığı, xoşbəxtlik, tərəqqi, hər zaman xoş əhval-ruhiyyə arzulayıram.
Hörmətlə daim Sizin,
Məmməd Əliyev
Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, “Dostluq”, “Şöhrət” ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilmiş, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, Rusiya Hökumətinin mükafatı laureatı, Rusiyanın Əməkdar elm xadimi
Hörmətli konfrans iştirakçıları!
Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması...
28 aprel 2025, 10:08Hörmətli cənab Prezident.
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak...
27 aprel 2025, 16:50Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
27 aprel 2025, 10:47Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə...
27 aprel 2025, 10:45Aprelin 26-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik...
26 aprel 2025, 13:00XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı...
25 aprel 2025, 17:26