“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

23 dekabr 2023, 11:23

Azərbaycan Respublikasının Prezidenti Zatı-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik etməyi və ən xoş arzularımızı çatdırmağı özümüzə böyük şərəf hesab edirik.

Zati-alinizin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək istiqamətində reallaşdırdığınız humanist və sülhsevər siyasət nəticəsində doğma Azərbaycanımızın durmadan inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam bərpa olunması bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda azərbaycançılıq naminə yeni-yeni nailiyyətlər qazanmağa səfərbər edir.

Müstəqil Azərbaycanımızın dövlət quruculuğu sahəsindəki səylərinizi və siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə, doğma xalqımıza möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Ən dərin hörmət və ehtiramla,

Arif Quliyev

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, “Odessa Hüquq Akademiyası” Milli

Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20