İlham Əliyev Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsi sədrini qəbul etmişdir

21 sentyabr 2012, 19:45
İlham Əliyev Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsi sədrini qəbul etmişdir

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsinin sədri, keçmiş xarici işlər naziri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Li Caosi Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu vurğuladı. O, Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının rolunu xüsusi qeyd etdi.

Çin Xalq Respublikasına uğurla keçən ilk rəsmi səfərini və Pekin Olimpiya oyunları zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açdığını dedi. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlığın inkişaf etdiyini bildirdi.

Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyəti qeyd olundu, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

Dövlət başçısı Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 29 may 2025
17:17
Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın çoxəsrlik və zəngin mədəniyyətinin nümayişində, milli-mənəvi irsinin və tarixi-mədəni ənənələrinin təbliğində kinematoqrafiya əsərləri və digər audiovizual əsərlər mühüm rol oynayır. Azərbaycan kinematoqrafiyasının...

29 may 2025, 17:17