Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

22 dekabr 2023, 19:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qardaş Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin dayanıqlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən irimiqyaslı sosial-iqtisadi və ictimai-siyasi dəyişikliklərin böyük uğurları Sizin adınızla sıx bağlıdır.

Əlamətdar haldır ki, Azərbaycanın görkəmli dövlət xadimi
Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi ildə Siz respublikanın ərazi bütövlüyünü tam bərpa etməklə ümummilli Zəfərə nail oldunuz.

Əminəm ki, Azərbaycan xalqı Sizin strateji kursunuzu rəhbər tutaraq inamla irəliləməkdə davam edəcək, güclü və çiçəklənən dövlət quruculuğunda yeni-yeni zirvələr fəth edəcəkdir.

Etimada əsaslanan səmimi münasibətlərimizin, Qazaxıstan-Azərbaycan dostluq əlaqələrinin, strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsinə Sizin şəxsi böyük töhfənizi yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycanın rifahı və tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Kasım-Jomart Tokayev

Qazaxıstan Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55