Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

22 dekabr 2023, 14:24

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və Sizə olan ən yüksək ehtiramımı qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, tərəqqi və nəzərdə tutduğunuz planların həyata keçməsində uğurlar diləyirəm.

İqtisadi cəhətdən firavanlaşan dövlətin inkişafı və Azərbaycan xalqının rifahının yüksəldilməsi istiqamətində fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.

Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə, o cümlədən regionlararası səviyyədə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və bu, indi də davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə dəstəyinizə görə Sizə səmimi-qəlbdən minnətdaram.

Dərin hörmətlə,

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20