13 dekabr 2023, 15:00

Orxan Əliyevdən, Qazax, Azərbaycan

Möhtərəm Prezident!

Sizin səmərəli fəaliyyətiniz daim Azərbaycana uğur, regionumuza sabitlik və inkişaf gətirir. Azərbaycan Cənubi Qafqazda dayanıqlı iqtisadiyyatı, mükəmməl ordu quruculuğu, böyük siyasi nüfuzu olan qüdrətli ölkədir.

Qırx dörd günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı. Növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün təsbitidir.

Xalqımız hər zaman Sizin yanınızdadır.

Hörmətlə,

Əliyev Orxan Fazil oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.