Neft-qaz mövzusunda yazan jurnalistlərin Beynəlxalq Media Forumunun iştirakçılarına

18 sentyabr 2012, 18:30

Əziz dostlar,

Sizi – neft-qaz mövzusunda yazan jurnalistlərin Bakı şəhərində keçirilən Beynəlxalq Media Forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıram.

Qlobal enerji təhlükəsizliyi məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə karbohidrogen ehtiyatlarının hasilatı, nəqli və əldə olunan gəlirlərin idarə edilməsi siyasəti daim kütləvi informasiya vasitələrinin diqqət mərkəzində dayanır.

Beynəlxalq Mətbuat İnstitutunun təşəbbüsü ilə keçirilən forum bu aktual mövzunu bir daha nəzərdən keçirməyə əlverişli şərait yaradır. 

Zəngin təbii sərvətlərə malik olan Azərbaycan Respublikası mədən sənayesi sahəsində qabaqcıl ənənələri ilə tanınır. Hələ XlX əsrdə Azərbaycanda sənaye üsulu ilə neft çıxarılmasına başlanmış, ötən yüzilliyin ortalarında isə açıq dənizdə hasilatın əsası qoyulmuşdur. Dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Xəzər dənizinin nəhəng enerji potensialının mənimsənilməsi və dünya bazarına nəqli, regionda bu sahədə transmilli əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açılmışdır. Artıq dünyanın alternativ enerji təminatı mərkəzlərindən birinə çevrilmiş Azərbaycan Respublikası hazırda özünün güclü infrastrukturu və şaxələnmiş neft-qaz kəmərləri şəbəkəsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan “Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü” adlanan beynəlxalq proqrama qoşulmuş, ölkə daxilində və xaricində neft gəlirlərinin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı və beynəlxalq audit üçün lazımi şərait yaradılmışdır. Enerji daşıyıcılarının satışından əldə edilən gəlirlərin toplandığı Dövlət Neft Fondunun fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi gələcək nəsillər üçün qorunub saxlanılır, digər qismi isə şəffaf şəkildə qeyri-neft sektorunun və sosial-iqtisadi infrastrukturun inkişafına, vətəndaşların rifahının yüksəldilməsinə və demokratik islahatların davam etdirilməsinə yönəldilir. Ölkədə plüralizmin, söz və məlumat azadlığının mövcudluğu, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti həyata keçirilən enerji siyasəti və gəlirlərin idarə olunması haqqında cəmiyyəti hərtərəfli məlumatlandırmağa imkan verir.

İnanıram ki, dünyanın nüfuzlu media qurumlarının, enerji sahəsindən yazan jurnalistlərin, ekspertlərin iştirak etdiyi bugünkü beynəlxalq forum mövzu ətrafında konstruktiv müzakirələr, yeni-yeni dəyərli təklif və təşəbbüslərlə yadda qalacaq.

Forum iştirakçılarını təbrik edir, toplantının işinə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2012-ci il.

SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11