İ.İ.Vəliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

29 noyabr 2023, 16:36

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İldırım İmran oğlu Vəliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00