Aman Tuleyevin doğmalarına və yaxınlarına

21 noyabr 2023, 17:00

Rusiyanın görkəmli dövlət və ictimai-siyasi xadimi Aman Qumiroviç Tuleyevin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Aman Tuleyev Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad mühitinin möhkəmlənməsinə sanballı töhfə verib. O, Azərbaycan-Rusiya dostluq əlaqələrinin və əməkdaşlığının inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

Aman Tuleyevin Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsinə münasibətini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər.

Aman Qumiroviç Tuleyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür və sizə dərin hüznlə başsağlığı verirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr, 2023-cü il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55