“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

03 noyabr 2023, 20:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1540; 2016, № 5, maddə 859; 2017, № 7, maddə 1365; 2020, № 4, maddə 403) 1-ci hissəsi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 noyabr 2023-cü il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55