Macarıstanın Baş naziri Zati-aliləri cənab Viktor Orbana

23 oktyabr 2023, 11:00

Hörmətli cənab Baş nazir,

Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2023-cü il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55