MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

18 oktyabr 2023, 17:47

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərimizi qəbul edin.

Azərbaycan müstəqillik illərində iqtisadi və sosial sahələrdə böyük uğurlara nail olub. Bu gün Azərbaycan Birliyin ən qabaqcıl mərkəzlərindən biridir, beynəlxalq gündəliyin bir çox məsələlərinin həllində mühüm rol oynayır. Şübhəsiz, Azərbaycan rəhbərliyinin və vətəndaşlarının birgə səyləri respublikanın dayanıqlı inkişafına, suverenliyinin qorunmasına, ölkədə milli birliyin və ictimai həmrəyliyin möhkəmlənməsinə kömək göstərməkdə davam edəcək.

Möhtərəm cənab Prezident, Sizə Azərbaycan Respublikasının tərəqqisi naminə çoxşaxəli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirik.

Hörmətlə,

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,

Aydın Cəfərov

MDB Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20