Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

18 oktyabr 2023, 17:28

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, Sizi və bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edim.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın öz dinamik inkişafını davam etdirməsi, genişmiqyaslı layihələri uğurla həyata keçirməsi, xalq həmrəyliyini daim qoruyub saxlaması, dünyada nüfuzunu möhkəmləndirməsi, Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu dostluq münasibətlərini inkişaf etdirməsi dərin hörmətlə qarşılanır. Azərbaycanın Müstəqilliyin Bərpası Gününü öz ərazi bütövlüyünü tam bərpa etməklə qarşılaması bu tarixi xüsusilə əlamətdar edir.

Sizə, yaxınlarınıza və gözəl respublikanızın bütün sakinlərinə əmin-amanlıq, rifah, xoşbəxtlik və nailiyyətlər arzulayıram.

Hörmətlə,

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının deputatı,

Azərbaycan Respublikasının parlamenti ilə dostluq

qrupunun əlaqələndiricisinin müavini

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55