16:35

Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Prezident Vladimir Putin çıxış edərək dedi: Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Biz sonuncu dəfə Sizinlə telefonla danışmışdıq. Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq.
Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Sizi yenidən görməyimə şadam. Sizin də qeyd etdiyiniz kimi, biz bu yaxınlarda söhbət etmişik. Sevindirici haldır ki, Siz Qırğızıstana dövlət səfəriniz çərçivəsində görüşmək üçün vaxt tapdınız. Əslində, məsələlər çoxdur. Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir. Biz həmkarlarımızla ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik. Görüşə görə bir daha təşəkkür edirəm.
Prezident Vladimir Putin: Sağ olun.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu.
Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edildi, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirildi.
Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olundu.
Humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edildi.
Söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəminə də toxunuldu.
Görüşdə Azərbaycan ilə Rusiya arasında hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin vacibliyi qeyd olundu.





Hörmətli Kasım-Jomart Kemeleviç,
Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların...
25 sentyabr 2026, 18:15Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, m...
25 sentyabr 2026, 15:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi ...
25 sentyabr 2026, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverə...
25 sentyabr 2026, 15:26
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.
Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah ...
25 sentyabr 2026, 12:02