Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

05 oktyabr 2023, 16:02

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 905; 2016, № 9, maddə 1470; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2282 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissəyə “Təşkilatı” sözündən sonra (bundan sonra – “Aqrarkredit” QSC) sözləri əlavə edilsin.

2. 3-cü hissədə “İstiqrazlar” sözü “Bu Şərtlərin 10-cu hissəsi nəzərə alınmaqla, istiqrazlar” sözləri ilə əvəz edilsin.

3. 4-cü hissənin ikinci cümləsinə “şərtilə” sözündən sonra “bu Şərtlərin 10-cu hissəsinə uyğun olaraq fərqli qayda nəzərdə tutulmadığı halda,” sözləri əlavə edilsin.

4. 5-ci hissəyə “bu ödənişlər” sözlərindən əvvəl “bu Şərtlərin 10-cu hissəsinə uyğun olaraq fərqli qayda nəzərdə tutulmadığı halda,” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

“10. İstiqrazların bu Şərtlərin 3 – 5-ci hissələrində nəzərdə tutulan tədavül və ödənilmə müddətləri “Aqrarkredit” QSC tərəfindən istiqraz mülkiyyətçiləri və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla dəyişdirilə bilər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 oktyabr 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20