2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan

04 oktyabr 2023, 12:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra təslim olmaq məcburiyyətində qalan qanunsuz separatçı rejim tarix səhnəsindən silindi. Başa çatmış Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaşanan ağrı-acılar artıq tam sona yetir. Qarabağda qalmağa razı olan ermənilər rifah dövləti Azərbaycanın vətəndaşları olmağın bütün üstünlüklərindən faydalanacaqlar. Başda erməni diasporu olmaqla radikal ermənilər isə bundan sonra ancaq özlərinə ziyan vuracaqlar.

Cənab Prezident, Qarabağda uzun müddət davam etmiş problemin həlli münasibətilə başda Siz olmaqla bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın bütün ərazilərində, o cümlədən Qarabağda sülhün və sabitliyin davamlı olmasını arzulayıram.

Sizə cansağlığı diləyir, səmimi ehtiramımı ifadə edirəm.

 

Yaşar Yakış

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55