2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçaldan

26 sentyabr 2023, 19:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün tam təmin olunması münasibətilə Sizi təbrik edirəm. Bu hadisə Cənubi Qafqaz regionunun tərəqqisi üçün yeni imkanların yaranması baxımından bir şansdır.

Cənab Prezident, Sizin Avropa İttifaqı ilə əlaqələrin inkişafına göstərdiyiniz diqqət, Ukraynaya dəstəyiniz, müxtəlif xalqların nümayəndələrinə və dini konfessiyalara hörmətiniz bizim üçün çox əhəmiyyətlidir.

İcazə verin, Rumıniya ilə Azərbaycan arasında mənim xüsusi önəm verdiyim strateji tərəfdaşlığın dərinləşməsinə göstərdiyiniz daimi dəstəyə görə Sizə təşəkkür edim.

Zati-alinizlə Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirəm.

Dərin hörmətlə,

Ana Birçal

2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, ədliyyə naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55