İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

07 sentyabr 2023, 11:45
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı bu ilin yanvarında Davosda Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüşü məmnunluqla xatırlandı.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəaliyyət istiqamətləri və ölkəmiz üçün prioritet sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, Orta Dəhliz istiqamətində əməkdaşlıq məsələləri müzakirə olundu.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı, Bankın ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə ayırdığı kreditlərin vacibliyi qeyd olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 03 noyabr 2026
16:13
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                                             

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Ag...

03 noyabr 2026, 16:13
SƏNƏDLƏR Fərmanlar 03 noyabr 2026
16:10
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

03 noyabr 2026, 16:10
SƏNƏDLƏR Sərəncamlar 30 oktyabr 2026
16:10
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Kazakov Matvey Pa...

30 oktyabr 2026, 16:10