Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Vo Van Txıonqa

02 sentyabr 2023, 11:30

Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk. Vyetnamla beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımızı vurğulamaq istərdim.

Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı imkanlar vardır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Vyetnam şirkətlərinin də iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, Azərbaycan-Vyetnam ənənəvi dostluq əlaqələrinin mövcud potensialından tam bəhrələnmək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizi genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2023-cü il 

SƏNƏDLƏR Qanunlar 26 oktyabr 2026
12:51
“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2001-ci il 8 noyabr tarixli “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci ...

26 oktyabr 2026, 12:51
SƏNƏDLƏR Fərmanlar 26 oktyabr 2026
12:50
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşl...

26 oktyabr 2026, 12:50
SƏNƏDLƏR Fərmanlar 26 oktyabr 2026
12:49
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əmək...

26 oktyabr 2026, 12:49
SƏNƏDLƏR Sərəncamlar 26 oktyabr 2026
12:48
Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında tikinti sahəsində institusional əsasların gücləndirilməsi məqsədilə kompleks islahatlar həyata keçirilmiş, bu çərçivədə qəbul edilmiş qanunvericilik aktları ilə tikinti prosedurları təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Konstitusiya...

26 oktyabr 2026, 12:48