İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçının Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər

26 avqust 2023, 10:30
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçının Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib. Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetirilib.

Qeyd edək ki, artıq avqustun 25-də 20 ailə - 88 nəfər doğma yurdlarına - Zabux kəndinə qayıdıb.

Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Salam. Xoş gəlmisiniz, cənab Ali Baş Komandan. Xoş gördük.

Sakin (Mehriban xanıma): Təbrik edirik.

Mehriban xanım Əliyeva: Sağ olun.

Sakinlər: Yaratdığınız bu cənnətə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin (Mehriban xanıma): Sizi təbrik edirəm. 100 yaşayın, Allah Sizə cansağlığı versin.

Mehriban xanım Əliyeva: Çox sağ olun. Hər kəsə Allah cansağlığı versin.

Prezident İlham Əliyev: Sizi təbrik edirəm, Vətəninizə xoş gəlmisiniz.

Sakinlər: Sağ olun, Allah Sizi var eləsin. Bura Sizin yaratdığınız cənnətdir, biz gəlmişik.

Prezident İlham Əliyev: 31 ildən sonra.

Sakin: Bəli, Allah köməyiniz olsun. 31 il 102 gündür ki, mən bura gəlməmişəm. Bu gün buradayam.

Prezident İlham Əliyev: Hansı tarixdə Zabuxdan çıxmısınız?

Sakin: 1992-ci il mayın 16-da çıxmışam.

Prezident İlham Əliyev: Hələ Laçın şəhəri işğal olunmamışdı. Buranı işğal etdilər, ondan sonra.

Sakin: Bəli. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Bu illər ərzində harada yaşayırdınız?

Sakin: Bu illər ərzində Sarıqayada yaşamışam, sonra Sumqayıtda yataqxanada yaşamışam. İndi də Quba yolunun üstündə fərdi evim var, orada yaşamışam.

Prezident İlham Əliyev: Artıq vətəndəsiniz. Bundan böyük xoşbəxtlik ola bilməz. Zabux kəndi də tamamilə yeni görkəm alır.

Sakin: Çox sağ olun, Allah köməyiniz olsun. Cənnət yaratmısınız. Allah razı olsun.

Prezident İlham Əliyev: Siz dünən gəlmisiniz, birinci köçənlərdənsiniz. 31 ildən sonra artıq vətəndaşlarımız öz dədə-baba torpaqlarına qayıdırlar. Bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, siz də hər zaman inanırdınız ki, bu gün gələcək.

Sakin: Gəldi, Sizin sayənizdə. Allah Sizə ömür versin. 44 günlük müharibədə kütləvi informasiya vasitələrində Sizin gördüyünüz iş böyük bir jurnalist ordusunun, böyük bir müxbir ordusunun işi idi. Hamını öz yerində oturtdunuz. Bu gün bizim üçün həm də gözəl günlərdən biridir ki, Mehriban xanımın ad günüdür. Biz hamımız Mehriban xanıma uzun ömür, cansağlığı arzulayırıq. Allah ömür versin. Əskik olmasın.

Prezident İlham Əliyev: Bu gün Laçın Şəhəri Günüdür. Çünki 26 avqust - keçən ilin bu günündə ordumuz Laçın şəhərinə daxil oldu. Beləliklə, 26 avqust bundan sonra Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edildi. Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq.

Sakin: İnşallah. Zəfərlərimiz bol, bayrağımız uca olsun.

Yaşlı qadın: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sən də xoş gəlmisən.

Yaşlı qadın: Allah canınızı sağ eləsin. Sizdən bircə xahişim var. Mənim oğlum rəhmətə gedib, mənim olduğum otağı verirəm ölən oğlumun yoldaşına, təşkil edəsiniz.

Prezident İlham Əliyev: Mehriban xanım nə lazımdırsa, onu həll edər.

Qadın sakin: Oğlu rəhmətə gedib. İstəyir ki, onun oğlu, uşağı, ailəsi buna yaxın olsun.

Prezident İlham Əliyev: Gəlsinlər buraya?

Sakin: Hə, gəlsinlər buraya yaxın olsun.

Prezident İlham Əliyev: Gəlsinlər, əlbəttə.

Mehriban xanım Əliyeva: Onlar indi haradadırlar?

Sakin: Xırdalanda.

Prezident İlham Əliyev: Onlar, əlbəttə, gələcəklər. Yəni, bütün zabuxlular gələcək. Eviniz necədir, rahatdır?

Sakinlər: Rahatdır. Hər şey yaxşıdır.

Prezident İlham Əliyev: Nənənin yaxın qohumları da gələcək yəqin ki, bir müddətdən sonra. Xahişi odur ki, onların da yeri ona yaxın olsun. Onu təşkil edərsiniz.

Rövşən Rzayev: Baş üstə.

Prezident İlham Əliyev: Bütün zabuxlular qayıdacaq. Yəni, mən şübhə etmirəm. Çünki biz bu inşa işlərinə start verəndə mən dedim ki, keçmiş köçkünlər arasında sorğu keçirilsin. Mənə verilən məlumata görə, bütün əksər köçkünlər, onların mütləq əksəriyyəti qayıtmağa qərar vermişdir. Ona görə zabuxlular da qayıdacaqlar. Çünki bəzi evlərdə hələ ki, tamamlama işləri gedir.

Yaşlı qadın: Allah o gözəl atana rəhmət eləsin. Amin.

Prezident İlham Əliyev: Allah bütün ölənlərimizə, şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində, Ordumuzun sayəsində biz bu gün buradayıq. Siz bu divarı çəkmisiniz?

Rövşən Rzayev: Bəli, istinad divarları çəkilib.

Prezident İlham Əliyev: İstinad divarı, amma çaya da giriş olmalıdır.

Rövşən Rzayev: Çaya bu bulaqdan ayrıca giriş gedir, bu bulaq tərəfdən, onun arxasından.

Prezident İlham Əliyev: Yox, çaya yaxınlaşmaq üçün. Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər.

Rövşən Rzayev: Baş üstə.

Məsim Məmmədov: Bu çay da bizim Həkəri kimi genişləndirilib, dərindən çıxarılıb ki, bir az geniş olsun.

Prezident İlham Əliyev: Əlbəttə, siz elə yaxın zamanlarda açın ki, giriş olsun.

Məsim Məmmədov: Baş üstə.

Prezident İlham Əliyev: Uşaqlar, yaşlı insanlar buraya - çayın qırağına rahat gəlsinlər, burada sərinləsinlər, balıq tutsunlar.

Sakin: Allah ömür versin, maşallah, Sizin sayənizdə Zabux kəndini bütün BMT-dən belə tanıyırlar. Bütün dünyada artıq Zabux kəndi məşhur kənddir. Allah Sizə ömür versin. Çox sağ olun.

Prezident İlham Əliyev: Ermənilər gəlib burada qanunsuz yerləşmişdilər, özü də deyirdilər ki, buradan çıxmırıq. Yəqin ki, o kadrları görmüsünüz.

Sakinlər: Hamısını görmüşük, izləmişik. Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Bir eybəcər də ad vermişdilər. Gəlin, şəkil çəkdirək.

x x x

Xatirə şəkilləri çəkdirilir.

x x x

Sakinlər: Yaddaşlarda qalan xatirədir, gözəl xatirədir. Bütün evlərdə, hamıda olacaq, inşallah.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Yəqin ki, yaxın bir neçə aya bütün zabuxlular gələcəklər.

Sakin: İnşallah, gələcəklər.

Sakinlər: Ad gününüz mübarək. Sizin sayənizdə gözəl bayram yaşayırıq.

Prezident İlham Əliyev: Salamat qalın, bütün şəhər də hazırdır, yəqin ki, gedib görəcəksiniz, ora da gözəl şəhər olubdur.

Sakinlər: İnşallah, gedib görəcəyik. Bu gün çox böyük bir sevinc, qürur hissi keçiririk.

Prezident İlham Əliyev: Laçın şəhərinə mən keçən ilin sentyabr ayında gələndə dağılmış vəziyyətdə idi.

Sakin: İndi, şükür Allaha. Ulu Öndərimiz həmişə hər çıxışında belə cümlələr işlədirdi ki, vaxt olacaq, zaman gələcək, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. O gün məhz elə bu gündür ki, biz buradayıq.

Prezident İlham Əliyev: Bəli, həmin gündür.

Sakin: Sevincdən kövrəlirik. Çox şükür, bunu da Siz davam etdirdiniz. Çox sağ olun.

Prezident İlham Əliyev: Buranı ermənilər zəbt etmişdilər, burada qanunsuz məskunlaşma aparmışdılar, xaricdən erməniləri gətirmişdilər və burada özləri üçün evlər tikmişdilər. Onların heç biri də qalmayıb. Mən dedim, buraya gələn zabuxlular Azərbaycan dövləti tərəfindən tikilən evlərdə qalmalıdırlar.

Sakin: Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: O evlər artıq tarixin qara səhifəsində qaldı. Laçın şəhəri də tamamilə dağılmış vəziyyətdə idi. İndi yəqin ki, gedib görərsiniz, necə gözəl şəhər olub, dünya miqyasında.

Sakin: Düzdür, müəyyən qüvvələr var idi, xarici qüvvələr, ancaq buna baxmayaraq, Siz bunların hamısının qabağını tək-tənha aldınız, layiqincə cavablandırdınız. Hamısını oturtdunuz yerinə. Yəni, bu, əsas bir tarixi gündür.

Sakin: 44 günlük müharibədə Qələbə tarixi gündür.

Prezident İlham Əliyev: Düzdür, ermənilər heç bir rayonu qaytarmaq fikrində deyildi. Amma danışıqlarda deyirdilər ki, bəli, beş rayonu biz qaytarmağa hazırıq, amma Laçın və Kəlbəcər bizim nəzarətimizdə qalmalıdır. Çünki bunların strateji yerləşməsi təhlükəsizlik nöqteyi-nəzərindən önəmlidir. Laçın, Kəlbəcər rayonlarının strateji əhəmiyyəti çox böyükdür.

Sakin: Sizin bir sözünüz var idi, möhtərəm Prezident, deyirdiniz, elə bil buradan vəhşi qəbilə keçib.

Prezident İlham Əliyev: Bəli.

Sakin: Doğrudan da biz rayona gələndə gördük ki, vəhşi qəbilə də yalan imiş onların yanında, elə bil daşları da yeyiblər.

Prezident İlham Əliyev: Bəli, siz gördünüz, bütün evlər darmadağın idi, hər yeri viran qoyub gediblər - Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını. Siz indi o yolla – Qubadlıdan gəlmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur, nə şəhərdə, nə kəndlərdə.

Sakinlər: Bəli, o yerlərdə heç nə yoxdur. Amma bütün dünyanın görmədiyini, etmədiyini Siz təkbaşına etdiniz, hamısı ilə döyüşə-döyüşə. Hamısı Zabux kimi belə düzələcək.

Prezident İlham Əliyev: İndi də Ermənistanın bəzi xarici havadarları bunu görmək istəmirlər. Sanki bu işğal olmayıb, sanki bu vəhşilik, düşmənçilik olmayıb. Otuz il ağzına su alıb susanlar, yaxud da ki, erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar, irad tuturlar, ittiham edirlər. Biz qurub-yaradan xalqıq. Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verirsən-ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi.

Sakin: Onları iti qovan kimi qovdunuz.

Prezident İlham Əliyev: Sağ olun. Salamat qalın, xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun, Allah razı olsun.

Sakin: Bu, kəndimizin ağsaqqalıdır.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakin: Əleyküməssalam. Sizi xoş gördük. Allah Sizin yolunuzu hər zaman açıq etsin, başınız uca olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Həmişə dediyiniz kimi, nəyi nə vaxt, harada etməyi Siz bilirsiniz. Sağ olun.

Prezident İlham Əliyev: Sağ ol. İndi Vətənə qayıtmısınız. Təbrik edirəm.

Sakin: Bəli, böyük gündür. Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Təbrik edirəm. Sağ ol.

Sakin: Bütün xalqımıza qismət olsun əmin-amanlıq, Sizin sayənizdə öz yerimizə-yurdumuza qayıtmışıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Küçə boyunca evlər hazırdır?

Sakin: Bəli. İlk köçmə mərhələdə.

Prezident İlham Əliyev: Salaməleyküm.

Digər sakin: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol, xoş gördük, salaməleyküm.

Sakin: Allah Sizə uzun ömür, cansağlığı versin, bu xoşbəxtliyi bizə qismət etdiyinizə görə, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Necə hiss edirsiniz özünüzü doğma torpaqda?

Sakin: Çox əla, bəli, doğma torpaqda. Allah Sizə uzun ömür, cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun. Gəl şəkil çəkdirək. Dünən gəlmisiniz?

Sakin: Bəli, dünən gəlmişik.

Prezident İlham Əliyev: Harada yaşayırdınız bu vaxta qədər?

Sakin: Sumqayıt şəhərində.

Prezident İlham Əliyev: Şəraitiniz necə idi?

Sakin: Orada yataqxanada yaşayırdıq.

Prezident İlham Əliyev: Bura necədir, yaxşıdır?

Sakin: Çox əladır. Allah Sizə ömür versin.

Mehriban xanım Əliyeva: Salam, təbrik edirəm.

Sakin: Mehriban xanım, bu gün Sizin ad gününüzdür. Sizi də təbrik edirik. Allah Sizə uzun ömür, cansağlığı versin.

Mehriban xanım Əliyeva: Sağ olun.

Sakin: Bütün Azərbaycan qadınları adından təbrik edirik.

Mehriban xanım Əliyeva: Sağ olun, çox sağ olun.

Prezident İlham Əliyev: Siz harada yaşayırdınız?

Sakin: Abşeronda, cənab Prezident.

Prezident İlham Əliyev: Biz gəlmişik sizinlə görüşə.

Sakinlər: Salam. Xoş gəlmisiniz. Allah Sizə ömür versin, Allah Sizi saxlasın. Çox şadıq.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sizinlə görüşməyi çox istəmişəm. Mən həmişə Sizinlə fəxr etmişəm, başımızın tacısınız.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Bu gün 30 illik arzumuza axır ki, son qoyduran Sizsiniz. Allah atanıza da rəhmət eləsin, həmişə başımızın üstündə ucalarda olasınız.

Prezident İlham Əliyev: Sağ olun. Hamımız xoşbəxt günlər yaşayırıq.

Sakinlər: Biz Sizin sayənizdə çox xoşbəxtik. Allah Sizə ömür versin. Ömrünüz uzun olsun. Həmişə var olasınız.

Prezident İlham Əliyev: Sağ olun, bura necədir?

Sakinlər: Çox yaxşı, əla.

Prezident İlham Əliyev: Dünən gəlmisiniz, hələ ki, yerləşirsiniz. Doğma torpaqda yaşamaq, əlbəttə, böyük xoşbəxtlikdir.

Sakin: Bəli. Mehriban xanımı da təbrik edirik, ad günü münasibətilə.

Mehriban xanım Əliyeva: Sağ olun, çox sağ olun.

Prezident İlham Əliyev: Harada yaşayırdınız?

Sakin: Bakıda, Pirşağıda yataqxanada.

Prezident İlham Əliyev: İndi artıq doğma torpağında və bu gözəl evdə, gözəl kənddə.

Sakin: Gül kimi yerimiz, bəli, bəli.

Prezident İlham Əliyev: Laçın şəhəri də indi çox gözəl şəhərə çevrilib.

Sakin: Allah Sizə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Bu gecə öz ana torpağımızda, öz yerimizdə çox rahat olmuşuq.

Digər sakin: Nəvəmdir.

Prezident İlham Əliyev: Sən necə gəldin? Həvəslə gəlmisən buraya? Uşaqlar görəcəklər Zabux torpağının havasının ləzzətini.

Sakin: 37 il burada yaşamışam, indi 68 yaşım var, təqaüddəyəm. Allah Sizə ömür versin, Sizin sayənizdə hər şey yaxşıdır.

Prezident İlham Əliyev: Sağ olun, salamat qalın.

Sakin: Çox sağ olun.

Digər sakin: Cənab Prezident, şəkil çəkdirmək olar Sizinlə?

Prezident İlham Əliyev: Gəl çəkdirək. Salaməleyküm, xoş gördük.

Kişi sakin: Xoş gördük.

Prezident İlham Əliyev: Xoş gəlmisiniz.

Salam. Təbrik edirəm.

Sakin: Salam, xoş gəlmisiniz. Çox sağ olun. Allah Sizi qorusun. Bu sevinci bizə bəxş etdiyiniz üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun, xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun, çox sağ olun, Allah köməyiniz olsun. Minnətdarıq, təşəkkür edirik.

Prezident İlham Əliyev: Salam.

Sakin: Xoş gəlmisiniz. Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Sağ olun. Siz də xoş gəlmisiniz.

Sakin: Uzun illərin həsrətinə son qoydunuz, bizə sevinc yaşatdınız. Çox sağ olun, Allah-taala Sizə uzun ömür versin.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Sizə də uzun ömür, xoşbəxtlik, doğma diyarında xoşbəxt həyat arzulayıram.

Sakinlər: Çox sağ olun, çox razıyıq. Allah uzun ömür versin Sizə.

Prezident İlham Əliyev: Harada yaşayırdınız işğal dövründə?

Sakin: Sumqayıtda.

Prezident İlham Əliyev: Sumqayıtda, hansı şəraitdə? Dövlət tərəfindən verilmiş evdə, yoxsa?

Sakin: Yataqxanada yaşayırdıq.

Prezident İlham Əliyev: Yəni, bütün işğal dövründə yataqxanada? Siz buradan çıxanda birbaşa oraya getmişdiniz?

Sakin: Xeyr, bir neçə yerdə olduq, axırda orada.

Prezident İlham Əliyev: Sumqayıtda.

Sakin: İndi çox şükür ki, öz Vətənimizdə, öz evimizdə, öz obamızdayıq. Çox şükür, lap razıyıq, ailəliklə minnətdarıq Sizə, çox sağ olun.

Prezident İlham Əliyev: Laçın rayonu da indi inkişaf edir, Laçın şəhəri də gözəl şəhərlərimizdən biridir. İndi yəqin gedib görəcəksiniz.

Sakin: Hər şey mükəmməldir, əla, dünən gördük. Çox sağ olun.

Prezident İlham Əliyev: Hə, getdiniz baxdınız?

Sakin: Çox yaxşı qarşıladılar. Çox hörmət etdilər. Çox sağ olsunlar, sağ olun.

Prezident İlham Əliyev: İndi yerləşirsiniz burada.

Sakin: Sağ olun, Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Salaməleyküm.

Sakin: Salam, cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

Sakin: Gəlişinizlə bizə şərəf verdiniz. Bizə bu gözəl günü yaşatdığınız üçün Allah sizləri var eləsin.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Sakin: Çox sağ olun. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Necədir?

Sakin: Şükür, min şükür, çox əla.

Prezident İlham Əliyev: Doğma kənddə.

Sakin: Bəli.

Prezident İlham Əliyev: 31 ildən sonra.

Sakin: Bizə həyatı yaşatdınız yenidən, çox sağ olun, var olasınız.

Prezident İlham Əliyev: Allaha şükür, kənd də gözəldir.

Sakin: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizlərə də cansağlığı.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin. Sizə cansağlığı, xoşbəxt yaşayın, qurun, yaradın.

Sakin: Çox sağ olun. Xanımın da ad günüdür, təbrik edirik.

Prezident İlham Əliyev: Uşaqlar da ilk

dəfə görürlər də yəqin ki, Laçını, Zabux kəndini. Necədir? Cavanlar həvəslə gəliblər?

Sakin: Bəli, bəli. Çox razı qaldıq. Allah sizləri var eləsin.

Prezident İlham Əliyev: Yəqin ki, şəhərdə yaşamısınız? Bakıda?

Sakin: Sumqayıtda.

Prezident İlham Əliyev: Əminəm ki, burada görəcəksiniz ki, bax bu şərait nə qədər gözəldir. Əsas odur ki, insan öz doğma torpağında yaşayır, azad edilmiş torpaqda yaşayır və qürurla yaşayır.

Sakin: Biz də şəkil çəkdirək?

Prezident İlham Əliyev: Bəli, gəlin şəkil çəkdirək.

Sakin: Xanımı da təbrik edirik.

Mehriban xanım Əliyeva: Salam, mən də sizi təbrik edirəm, çox sağ olun.

x x x

Şəkil çəkdirirlər.

x x x

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Xoş gördük, cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Təbrik edirik, sağ olun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: Salam, təbrik edirəm.

Sakin: Salam, çox sağ olun.

Prezident İlham Əliyev: Salam, bala.

Sakin: Sağ ol, denən “sağ ol baba”. Sağ olun, Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Başımızın üstündən əskik olmayasınız.

Prezident İlham Əliyev: Salam, təbrik edirəm.

Sakin: Təbrik edirik, çox sağ olun. Minnətdarıq.

Prezident İlham Əliyev: Gəlin şəkil çəkdirək.

Sakin: Baba ilə şəkil çəkdir.

Prezident İlham Əliyev: Sənin yaxşı kurtkan var idi, çıxardın onu? Azərbaycan yazılmışdı.

Sakin: Sağ olun, Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Gəlin bəri, gəlin bəri.

Prezident İlham Əliyev: Salam, xoş gördük. Xoş gəlmisiniz.

Sakin: Salam, xoş gəlmisiniz, xoş gördük.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakin: Xoş gördük, xoş gördük. Həmişə Siz gələsiniz bizim kəndimizə.

Prezident İlham Əliyev: Salaməleyküm, salam, salam.

Sakin: Gəl buraya, gəl İlham babanın yanında dur.

Prezident İlham Əliyev: Biz artıq şəkil çəkdirmişik onunla.

Sakin: Gəl bura, burada dur.

Prezident İlham Əliyev: Harada yaşayırdınız bu vaxta qədər?

Sakin: Şirvanda. Dədə-baba yurdumuzdur, gəlmişəm. Neçə aydır, 32 ildir buradan getmişdim, bu axşam heç yatmamışam. Allah köməyiniz olsun. Sizin sayənizdə hamısı olub.

Prezident İlham Əliyev: Xoşbəxt günlər yaşayın.

Sakin: Bizdən çox siz əziyyət çəkmisiniz.

Prezident İlham Əliyev: Bütün xalqımız sizin sevincinizə şərikdir.

Sakin: Cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Bu gün qürurlu, başıucayıq ki, bəli, bu torpaqlar artıq bizdədir. Var olun, cənab Prezident!

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Mənim nəvəmin də sözü var.

Prezident İlham Əliyev: Hə, buyur.

Uşaq: Hörmətli cənab Prezident, Ali Baş Komandan, hörmətli Birinci vitse-prezident Mehriban xanım, sizləri doğma kəndimiz Zabuxda gördüyümüzə görə çox şadıq. Cənab Prezident, biz şagirdlərə belə gözəl məktəb tikdirdiyiniz üçün Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ ol, çox sağ ol.

Sakin: Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoş gəlmisiniz vətəninizə.

Sakin: Belə gözəl yerdə belə gözəl kənd salmısınız.

Digər sakin: Cənab Prezident, laçınlılar da Sizi çox istəyirlər. Elə bir neçə il öncə Siz ad gününüzü Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmisiniz. Bu gün də Mehriban xanımın ad günüdür. Fürsətdən istifadə edib bütün kənd sakinləri adından ad gününü təbrik edirik.

Prezident İlham Əliyev: Bəli, düz deyirsiniz. O vaxt demişdim ki, gün gələcək və siz doğma torpağınıza qayıdacaqsınız. Bax, o gün gəldi.

Sakinlər: O gün elə bu gündür. Sağ olun. Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun.

Sakin: Mən də istəyirəm Sizinlə şəkil çəkdirəm.

Prezident İlham Əliyev: Gəlin şəkil çəkdirək.

Sakin: Biz hamımız Sizi çox istəyirik, Sizə inanırıq, Sizə güvənirik.

Prezident İlham Əliyev: Sağ olun, salamat qalın. Sağ olun, cansağlığı, uzun ömür.

Mehriban xanım Əliyeva: Yenə qonaq gələcəyəm.

Sakin: Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Sağ olun, cansağlığı.

Mehriban xanım Əliyeva: Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 10 dekabr 2024
16:08
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) maliyyə nəticələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin...

10 dekabr 2024, 16:08
SƏNƏDLƏR Fərmanlar 09 dekabr 2024
12:57
“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri...

09 dekabr 2024, 12:57
SƏNƏDLƏR Fərmanlar 09 dekabr 2024
12:55
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar...

09 dekabr 2024, 12:55
SƏNƏDLƏR Qanunlar 09 dekabr 2024
12:53
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan...

09 dekabr 2024, 12:53