18:25
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində (hər iki halda), 48.10-cu maddəsinin birinci cümləsində, 48.13-cü, 53.2-ci maddələrində, 54.3-cü maddəsinin ikinci cümləsində, 58.3-cü maddəsinin ikinci cümləsində və 59.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 14-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 14-cü (ikinci halda), 48.13-cü, 53.2-ci maddələrində, 54.3-cü və 58.3-cü maddələrinin ikinci cümlələrində, 59.7-ci maddəsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 48.10-cu maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, habelə dövlət orqanları tərəfindən göstərilən ödəniş xidmətlərinin “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumatın təqdimedilmə formasını və müddətini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
4.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
4.1.1. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.9-cu maddəsinə uyğun olaraq, ödəniş xidməti hesab edilməyən və mobil rabitə operatoru tərəfindən təqdim edilən ödəniş əməliyyatlarının yuxarı məbləğini;
4.1.2. həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələbləri, məcmu kapitalın hesablanması qaydasını, habelə strukturunu və tərkibini;
4.1.3. həmin Qanunun 5.1.1-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş sərəncamının icrası üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qaydasını;
4.1.4. həmin Qanunun 5.1.2-ci maddəsinə uyğun olaraq, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti istifadəçilərinə kreditlərin verilməsi qaydasını və tələbləri;
4.1.5. həmin Qanunun 7.1.1-ci maddəsinə uyğun olaraq, elektron pul təşkilatı tərəfindən qəbul edilmiş pul vəsaitinin investisiya edilə biləcəyi aşağı riskli likvid aktivləri;
4.1.6. həmin Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, ödəniş agentinin cəlb edilməsi və ödəniş agenti tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üzrə tələbləri, o cümlədən ödəniş agenti ilə bağlanılan müqavilənin şərtlərinə dair tələbləri;
4.1.7. həmin Qanunun 10.1-ci maddəsinə uyğun olaraq, ödəniş xidməti təchizatçısı tərəfindən əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verilməsi hallarını və qaydasını;
4.1.8. həmin Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, emissiya olunan elektron pulun valyutasını, maksimum məbləğini və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmini;
4.1.9. həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, kiçik həcmli ödəniş alətlərinin müəyyənləşdirilməsi meyarlarını;
4.1.10. həmin Qanunun 35.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələbləri;
4.1.11. həmin Qanunun 36.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələbləri və məlumatların təqdim edilməsi qaydasını;
4.1.12. həmin Qanunun 43.3-cü maddəsinə uyğun olaraq, lisenziya əsasında fəaliyyət göstərən operatorun minimum nizamnamə kapitalının miqdarını;
4.1.13. həmin Qanunun 49.2.7-ci və 55.1.12-ci maddələrinə uyğun olaraq, məlumatın formasını;
4.1.14. həmin Qanunun 49.2.11-ci maddəsinə uyğun olaraq, həssas ödəniş məlumatlarının yazılması, monitorinqi, izlənilməsi və bu məlumatlara girişin məhdudlaşdırılması üzrə prosedurlara dair tələbləri;
4.1.15. həmin Qanunun 49.3-cü maddəsinə uyğun olaraq, göstəriləcək ödəniş xidməti üzrə fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətin davamlılığına və bərpa planına dair tələbləri;
4.1.16. həmin Qanunun 55.3-cü maddəsinə uyğun olaraq, operatorun biznes-planı, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planına dair tələbləri;
4.1.17. həmin Qanunun 59.2.3-cü maddəsinə uyğun olaraq, müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən hüquqi şəxs üçün mülki məsuliyyətin sığortalanması və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın verilməsi üçün nəzərdə tutulan həddin minimum miqdarını;
4.1.18. həmin Qanunun 62.3.1-ci maddəsinə uyğun olaraq, ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması qaydalarını, ödəniş alətlərinə dair, habelə nəzarət subyektləri tərəfindən informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri;
4.1.19. həmin Qanunun 62.4-cü maddəsinə uyğun olaraq, nəzarət subyektləri tərəfindən verilən hesabatların (maliyyə hesabatları istisna olmaqla) formasını, məzmununu və təqdim edilməsi qaydasını;
4.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Bu Fərmanın 1-ci hissəsi “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 avqust 2023-cü il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 8 avqust 2025-ci il tarix...
31 avqust 2026, 14:55
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə ...
31 avqust 2026, 11:06Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşıl...
31 avqust 2026, 11:05Hörmətli Sadır Nurqojoyeviç,
Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Qırğızıstan Sizin rəhbərl...
31 avqust 2026, 11:04Hörmətli cənab Prezident,
Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adınd...
31 avqust 2026, 10:30Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Əlamətdar ildönümü - Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqda...
29 avqust 2026, 11:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...
27 avqust 2026, 15:35