“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

04 avqust 2023, 16:18

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 2.1-ci və 2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.3. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur;

1.4. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 2.1-ci və 2.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi nəzərdə tutulur.

2. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədrinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 983-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 avqust 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 22 may 2025
15:52
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli...

22 may 2025, 15:52
SƏNƏDLƏR Fərmanlar 22 may 2025
15:50
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 may 2025, 15:50
SƏNƏDLƏR Qanunlar 22 may 2025
15:48
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar...

22 may 2025, 15:48
SƏNƏDLƏR Qanunlar 22 may 2025
15:46
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”...

22 may 2025, 15:46
SƏNƏDLƏR Sərəncamlar 22 may 2025
14:45
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                           

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı...

22 may 2025, 14:45