Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

01 avqust 2023, 12:41

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211, № 6 (I kitab), maddələr 541, 551, 555, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 10, maddələr 1090, 1092, № 12, maddələr 1305, 1337; 2022, № 1, maddələr 6, 7, 17, № 6, maddə 587, № 7, maddə 716, № 8, maddə 832, № 12, maddələr 1376, 1385, 1400; 2023, № 1, maddələr 1, 10, 14, 23, 36, № 2, maddə 158, № 3, maddə 336, № 4, maddələr 445, 467) aşağıdakı dəyişikliklər edilsin:

1. 13.2.59-cu maddə ləğv edilsin.

2. Aşağıdakı məzmunda 30.6.7-1-ci maddə əlavə edilsin:

“30.6.7-1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə aşağıdakı məlumatları Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankına:

30.6.7-1.1. kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış və nizamnamə, kommersiya hüquqi şəxslərinin idarəetmə orqanlarının rəhbərləri, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları;

30.6.7-1.2. fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların təsisçilərinin (iştirakçılarının) iştirakçısı olduğu hüquqi şəxslər və belə hüquqi şəxslərin nizamnamə kapitalındakı payları;

30.6.7-1.3. fiziki şəxslərin, kommersiya hüquqi şəxslərinin və onların idarəetmə orqanlarının rəhbərlərinin, təsisçilərinin (iştirakçılarının) və bu şəxslərin iştirakçısı olduğu hüquqi şəxslərin mənfəəti (gəlir və zərəri).”.

3. 111.3-cü maddədə “müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri” sözləri “uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada aktivlərin təsnifatından asılı olaraq yaratdıqları xüsusi ehtiyatları” sözləri ilə əvəz edilsin.

4. 164.1.6-cı maddədən “maliyyə bazarlarına nəzarət,” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:48
R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

24 iyul 2026, 13:48
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:46
R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino...

24 iyul 2026, 13:46
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:43
R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

24 iyul 2026, 13:43
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:40
R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...

24 iyul 2026, 13:40
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:38
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD...

24 iyul 2026, 13:38
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:33
“Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə...

24 iyul 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:27
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

24 iyul 2026, 13:27
SƏNƏDLƏR Qanunlar 24 iyul 2026
13:24
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda...

24 iyul 2026, 13:24
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:21
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi...

24 iyul 2026, 13:21