14:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və...
11 yanvar 2025, 14:00Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997; 2018, № 5, maddə 843; 2019, № 1, maddə 32; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2-ci maddə üzrə:
1.1.1. 2.0.9-cu maddə ləğv edilsin;
1.1.2. 2.0.10-cu maddədə “nəzarət orqanında” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;
1.2. 3.1-ci, 5.2-ci, 5.7-ci maddələrdə, 5.8-ci maddənin birinci abzasında, 5.8.3-cü maddədə, 11.3-cü maddənin ikinci cümləsində, 13.2.3-cü (hər iki halda), 15.7-ci, 16.2-ci, 18.8-ci, 21.4-cü və 22.1-ci maddələrdə ismin müvafiq hallarında “nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.3. 7-ci maddə üzrə:
1.3.1. 7.1-ci maddənin birinci abzasında “Nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin abzasa “sahəsində” sözündən sonra “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan səlahiyyətlərlə yanaşı” sözləri əlavə edilsin;
1.3.2. 7.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“7.1.2. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq kredit bürolarının fəaliyyətini, o cümlədən informasiya sistemlərinin bu Qanuna əsasən müəyyən edilmiş mühafizə tələblərinə uyğunluğunu yoxlamaq;”;
1.3.3. 7.1.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.1.4-cü və 7.1.5-ci maddələr əlavə edilsin:
“7.1.4. kredit bürolarına qarşı təsir tədbirlərini həyata keçirmək;
7.1.5. kredit bürosunun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili reqlamentləri (əsasnamə, qaydalar, prosedurlar və s.) əldə etmək və onlara dair kredit bürosunun rəhbər işçiləri, həmçinin əməkdaşlarından, habelə kredit bürosunda audit yoxlaması həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat almaq.”;
1.3.4. 7.2-ci maddədə “nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;
1.3.5. 7.3-cü maddə ləğv edilsin;
1.3.6. 7.4-cü maddənin ikinci cümləsində “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;
1.3.7. aşağıdakı məzmunda 7.5-ci və 7.6-cı maddələr əlavə edilsin:
“7.5. Mərkəzi Bank bu Qanunun, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması və ya pozulmasına səbəb ola biləcək halları aşkar etdikdə, kredit bürosuna qarşı aşağıdakı təsir tədbirlərini tətbiq etmək hüququna malikdir:
7.5.1. pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə kredit bürosundan öhdəlik məktubu tələb etmək. Kredit bürosu Mərkəzi Banka təqdim etdiyi öhdəlik məktubunda yol verilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması üçün görüləcək tədbirləri və onların həyata keçirilməsi müddətlərini göstərir;
7.5.2. kredit bürosuna pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların müəyyən müddətdə aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstəriş vermək;
7.5.3. pozuntular və ya pozuntulara səbəb ola biləcək hallar aradan qaldırılanadək kredit bürosunun icra orqanının rəhbərinin (üzvlərinin) vəzifəsindən kənarlaşdırılmasını və ya vəzifəsindən azad edilməsini kredit bürosunun səlahiyyətli idarəetmə orqanından tələb etmək.
7.6. Kredit bürosu tərəfindən fərdi məlumatların informasiya sistemlərinin mühafizə tələblərinin pozulması halları aşkar edildikdə, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə yazılı məlumat verir.”;
1.4. 9.4-cü maddədə “Nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.5. 12-ci maddə üzrə:
1.5.1. 12.1-ci maddədə “Kredit” sözü “Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) və kredit” sözləri ilə əvəz edilsin;
1.5.2. 12.2.2-ci maddədə birinci halda “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.5.3. 12.2.3-cü maddəyə “nisyə” sözündən əvvəl “bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, digər” sözləri əlavə edilsin;
1.5.4. 12.3.2-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı, nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.6. 15.5-ci maddəyə “kredit təşkilatı” sözlərindən sonra “və bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər” sözləri əlavə edilsin;
1.7. 17.5-ci maddənin birinci cümləsində “Azərbaycan Respublikasının Mərkəzi Bankı, nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;
1.8. aşağıdakı məzmunda 22.6-cı maddə əlavə edilsin:
“22.6. Bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər və kredit təşkilatları bu Qanunun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etmədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”;
1.9. 23-cü maddə üzrə:
1.9.1. aşağıdakı məzmunda 23.3-2-ci maddə əlavə edilsin:
“23.3-2. Bu Qanunun 12.1-ci maddəsində nəzərdə tutulan nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatların fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi ilə bağlı edilmiş dəyişiklik qüvvəyə minənədək müvafiq nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər kredit tarixçəsi subyektinin razılığı alınmadan aktiv müqavilələr üzrə (alıcı tərəfindən ödənişi tam icra edilməyən) kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etməlidirlər.”;
1.9.2. 23.4-cü maddə ləğv edilsin.
Maddə 2. Bu Qanunun 1.5.1-ci, 1.5.3-cü, 1.6-cı, 1.8-ci (nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərə münasibətdə) və 1.9.1-ci maddələri bu Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2023-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və...
11 yanvar 2025, 14:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə...
10 yanvar 2025, 18:46Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə...
10 yanvar 2025, 18:33Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və...
10 yanvar 2025, 17:56Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati...
10 yanvar 2025, 14:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının...
10 yanvar 2025, 14:44Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 10 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal ekologiya” informasiya sisteminin (bundan sonra – REİS) fəaliyyətinin hüquqi, təşkilati və...
10 yanvar 2025, 14:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın.
2. “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq...
10 yanvar 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş...
10 yanvar 2025, 13:441. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini...
10 yanvar 2025, 13:16