“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

31 iyul 2023, 12:32

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298; 2023, № 1, maddə 41, № 2, maddə 168, № 4, maddə 450; Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 855-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddə üzrə:

1.1.1. 1.0.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.3. benefisiar mülkiyyətçi – son nəticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);”;

1.1.2. 1.0.5-ci maddənin birinci cümləsinə “şəxs,” sözündən sonra “o cümlədən beynəlxalq təşkilat,” sözləri əlavə edilsin, həmin maddənin ikinci cümləsinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Emitent qanunda nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla geri aldığı qiymətli kağızların mülkiyyətçisi kimi çıxış edir;”;

1.1.3. 1.0.12-ci maddədən birinci halda “qiymətli kağızlarla əməliyyatlar üzrə” sözləri çıxarılsın, ikinci halda “qiymətli kağızlarla” sözləri “qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan” sözləri ilə əvəz edilsin;

1.1.4. 1.0.18-ci maddəyə “fond birjası” sözlərindən sonra “(bu Qanunun 30.5-2-ci maddəsində nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri əlavə edilsin;

1.1.5. 1.0.22-ci maddə ləğv edilsin;

1.1.6. 1.0.25-ci maddədə “alğı-satqı” sözləri “alqı-satqı” sözləri ilə əvəz edilsin;

1.1.7. 1.0.26-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;

1.1.8. 1.0.27-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.27. vətəndaş qüsursuzluğu tələbi – mühüm iştirak payının sahibi, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri, benefisiar mülkiyyətçilər üçün – qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması; investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və mərkəzi depozitarın müşahidə şurasının və icra orqanının üzvləri, ləğvedicisi və bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan digər şəxslər üçün – məhkumluğun olmaması, mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağa qoyulmaması, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsinin olmaması;”;

1.1.9. 1.0.29-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.30-cu və 1.0.31-ci maddələr əlavə edilsin:

“1.0.30. digər ticarət sistemi – Mərkəzi Bank tərəfindən müəyyən edilən və fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem;

1.0.31. məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.”;

1.2. 2.1-ci, 9.1 – 9.3-cü, 9.4-cü (hər iki halda), 9.5-ci, 9.6-cı maddələrdə, 9.7-ci maddənin birinci cümləsində, 10.2-ci, 10.4-cü maddələrdə, 12-ci və 22.6-cı maddələrin ikinci cümlələrində, 22.7-ci maddənin ikinci cümləsində, 23.2-ci, 27.6-cı, 31.3-cü, 31.5-ci, 31.6-cı maddələrdə, 34-cü maddənin adında, 34.1 – 34.4-cü, 37.3-cü, 38.13-cü, 39.5-ci, 40.3-cü, 40.4-cü, 41.3-cü, 41.4-cü, 42.1-ci, 43.1-ci, 45.3-cü maddələrdə, 46.2-ci maddənin birinci və ikinci cümlələrində, 46.3-cü maddənin birinci cümləsində, 48.3-cü maddədə, 48.5-ci maddənin birinci və ikinci cümlələrində, 49.4-cü maddədə, 49.5-ci maddənin birinci cümləsində, 49.7-ci, 49.8-ci, 50.8-ci, 53.2-ci, 53.2.2-ci, 54.2-ci maddələrdə, 55.2-ci maddənin birinci cümləsində, 65.0-cı, 68.1-ci, 69.1-ci maddələrdə, 69.2-ci maddənin birinci cümləsində, 69.3-cü maddənin birinci və ikinci cümlələrində, 69.4-cü, 69.5-ci, 69.5.4-cü, 70.1-ci, 70.2-ci maddələrdə, 71.1-ci maddənin ikinci cümləsində, 71.2-ci, 71.7-ci, 73.1-ci, 73.2-ci maddələrdə, 77.3-cü maddənin ikinci cümləsində, 77.4-cü maddədə, 77.5-ci maddənin ikinci cümləsində, 77.8-ci maddədə, 80.6-cı maddənin birinci və ikinci cümlələrində, 80.8-ci (hər iki halda), 81.3-cü, 81.6-cı maddələrdə, 82.1-ci maddənin birinci və ikinci cümlələrində, 82.3-cü (hər iki halda) maddədə, 87-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.3. 3-cü maddə üzrə:

1.3.1. 3.5.3-cü, 3.7-ci və 3.8-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.3.2. 3.5.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddəyə “kağızlarının” sözündən sonra “(kütləvi təklif edilən istiqrazlar istisna olmaqla)” sözləri əlavə edilsin;

1.3.3. 3.5.7-ci maddədə “investisiya qiymətli kağızları” sözləri “səhmlər” sözü ilə əvəz edilsin;

1.3.4. aşağıdakı məzmunda 3.6-1-ci maddə əlavə edilsin:

“3.6-1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən Mərkəzi Bankın müəyyən etdiyi qaydaya uyğun olaraq aparılır.”;

1.4. 4-cü maddə üzrə:

1.4.1. 4.3-cü maddəyə “qərarda” sözündən sonra “azı” sözü əlavə edilsin;

1.4.2. 4.3.8-ci maddəyə “qaydası” sözündən sonra “(abunə yazılışı nəzərdə tutulduqda)” sözləri əlavə edilsin;

1.4.3. aşağıdakı məzmunda 4.3.8-1-ci, 4.3.8-2-ci və 4.4-cü maddələr əlavə edilsin:

“4.3.8-1. investisiya qiymətli kağızlarının yerləşdirilməsinin başlanma və başa çatma tarixləri;

4.3.8-2. investisiya qiymətli kağızlarının dəyərinin ödənilməsi qaydası;”;

“4.4. İstiqrazların buraxılışı haqqında qərarda bu Qanunun 4.3-cü maddəsində göstərilən məlumatlarla yanaşı aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

4.4.1. istiqrazların faiz dərəcəsi (nəzərdə tutulduqda);

4.4.2. təmin edilmiş istiqrazlar üzrə təminatın təsviri və şərtləri;

4.4.3. istiqrazların və faizlərin ödənilməsi tarixi və müddəti.”;

1.5. 5-ci maddə üzrə:

1.5.1. 5.1-ci maddənin birinci və ikinci cümlələrinə və 5.7.1-ci maddəyə ismin müvafiq hallarında “prospekti” sözündən sonra ismin müvafiq hallarında “və ya informasiya memorandumu” sözləri əlavə edilsin;

1.5.2. 5.2-ci maddənin birinci və ikinci cümlələrinə, 5.4-cü (hər üç halda), 5.6-cı və 5.7-ci maddələrə ismin müvafiq hallarında “prospekti” sözündən sonra ismin müvafiq hallarında “və informasiya memorandumu” sözləri əlavə edilsin;

1.5.3. 5.3-cü maddəyə “prospektinə” sözündən sonra “və informasiya memorandumuna” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.5.4. 5.5.3-cü, 5.6.3-cü, 5.9-cu, 5.11-ci və 5.13-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.5.5. 5.5.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, “çox” sözü “az” sözü ilə əvəz edilsin;

1.5.6. 5.6.1-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.5.7. 5.8-ci maddədə “İnformasiya memorandumunu” sözləri “Emissiya prospekti və informasiya memorandumunu” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “açıqlayır” sözü “açıqlanır” sözü ilə əvəz edilsin;

1.5.8. 5.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5.12. Baza emissiya prospekti bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən təsdiq edilir və bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada açıqlanır.”;

1.6. 6-cı maddə üzrə:

1.6.1. adında “və emissiya prospektinin” sözləri “, emissiya prospektinin və informasiya memorandumunun” sözləri ilə əvəz edilsin;

1.6.2. 6.1-ci, 6.3-cü və 6.6.2-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.6.3. 6.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “və ya informasiya memorandumu Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.6.4. 6.3.3-cü maddəyə “şəhadətnamənin” sözündən sonra “, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının” sözləri əlavə edilsin;

1.6.5. 6.3.4-cü və 6.5-ci maddələrdə birinci halda ismin müvafiq hallarında “prospekti” sözündən sonra ismin müvafiq hallarında “və ya informasiya memorandumu” sözləri əlavə edilsin və həmin maddələrdə “emissiyası emissiya prospekti ilə müşayiət olunarsa” sözləri “kütləvi təklifi nəzərdə tutularsa” sözləri ilə əvəz edilsin;

1.6.6. 6.3.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“6.3.6. istiqrazların buraxılışı zamanı emitentin başa çatmış son üç maliyyə ili (üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üzrə audit yoxlamasından keçmiş (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatları, emitent bir ildən az müddətdə fəaliyyət göstərdiyi təqdirdə həmin dövrü əhatə edən maliyyə hesabatları.”;

1.6.7. aşağıdakı məzmunda 6.3-2-ci maddə əlavə edilsin:

“6.3-2. Bu Qanunun 6.3.3-cü və 6.3.6-cı maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.”;

1.6.8. 6.4-cü maddə üzrə:

1.6.8.1. birinci cümlədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “və emissiya prospektinin” sözləri “, habelə emissiya prospektinin və ya informasiya memorandumunun” sözləri ilə, “iyirmi” sözü “on” sözü ilə əvəz edilsin;

1.6.8.2. ikinci cümləyə “prospekti” sözündən sonra “və ya informasiya memorandumu” sözləri əlavə edilsin;

1.6.8.3. üçüncü cümlədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin cümləyə “prospektinin” sözündən sonra “və ya informasiya memorandumunun” sözləri əlavə edilsin;

1.6.9. 6.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “və ya emissiya prospektinin” sözləri “, emissiya prospektinin və ya informasiya memorandumunun” sözləri ilə,“emissiyası emissiya prospekti ilə müşayiət olunarsa” sözləri “kütləvi təklifi nəzərdə tutularsa” sözləri ilə əvəz edilsin;

1.6.10. 6.6.3-cü maddəyə “prospektinə” sözündən sonra “, informasiya memorandumuna” sözləri əlavə edilsin;

1.6.11. 6.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “emissiyası emissiya prospekti ilə müşayiət olunarsa” sözləri “kütləvi təklifi nəzərdə tutularsa” sözləri ilə əvəz edilsin və həmin maddəyə “prospektinin” sözündən sonra “və ya informasiya memorandumunun” sözləri əlavə edilsin;

1.6.12. 6.8-ci maddəyə “prospektinin” sözündən sonra “və ya informasiya memorandumunun” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.6.13. 6.8.1-ci və 6.8.2-ci maddələrə ismin müvafiq hallarında “prospekti” sözündən sonra ismin müvafiq hallarında “və ya informasiya memorandumu” sözləri əlavə edilsin;

1.7. 7-ci maddə üzrə:

1.7.1. adına, 7.2-ci maddəyə, 7.4-cü maddənin birinci cümləsinə (hər iki halda), 7.5-ci və 7.6-cı maddələrə ismin müvafiq hallarında “emissiya prospekti” sözlərindən sonra ismin müvafiq hallarında “və informasiya memorandumu” sözləri əlavə edilsin;

1.7.2. 7.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “və ya informasiya memorandumu Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.7.3. 7.3-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddəyə “prospektinin” sözündən sonra “və ya informasiya memorandumunun” sözləri əlavə edilsin;

1.8. 8-ci maddə üzrə:

1.8.1. 8.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qiymətli kağızların ilk mülkiyyətçilərinin depo hesabına köçürüldüyü anda başa çatmış sayılır.”;

1.8.2. 8.6-cı maddəyə “səhmləri” sözündən sonra “, habelə Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar və ya Mərkəzi Bankın dövlətin maliyyə agenti qismində çıxış etdiyi halda onun tərəfindən yerləşdirilən dövlət qiymətli kağızları” sözləri və “kütləvi təklifi” sözlərindən sonra “yalnız” sözü əlavə edilsin;

1.8.3. 8.9-cu, 8.13-cü və 8.17-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“8.9. Yerləşdirilən investisiya qiymətli kağızlarının sayı investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda, emissiya prospektində və ya informasiya memorandumunda göstərilən saydan çox olmamalıdır. Emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın baş tutmuş hesab edilməsi üçün minimum say müəyyən edildiyi halda qiymətli kağızlar həmin saydan az miqdarda yerləşdirildikdə emissiya baş tutmamış hesab edilir. Kütləvi təklif edilən istiqrazların emissiyasına daxil olan, lakin yerləşdirilməyən istiqrazlar onların buraxılışı haqqında qərarda müəyyən edilmiş yerləşdirmə müddəti başa çatdıqdan sonra dövriyyədən çıxarılmış hesab edilir.”;

“8.13. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyəri yalnız pulla ödənilir və bu pul vəsaiti klirinq təşkilatının üzvü olan banklarda emitentin açdığı müvəqqəti cari hesabda saxlanılır. Müvəqqəti cari hesabda olan pul vəsaitlərinin emitentin hesabına köçürülməsi aşağıdakı qaydada həyata keçirilir:

8.13.1. kütləvi təklif edilən səhmlər barəsində bu Qanunun 11.4-cü maddəsində göstərilən qaydada;

8.13.2. kütləvi təklif edilən istiqrazlar barəsində bu Qanunun 8.1-ci maddəsinə uyğun olaraq yerləşdirmə başa çatdıqdan dərhal sonra.”;

“8.17. Bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən (bu Qanunun 6.3.1-ci və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi istisna olmaqla) dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına şamil edilmir.”;

1.8.4. 8.15-ci və 8.16-cı maddələrdə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.9. 11-ci maddə üzrə:

1.9.1. 11.1 – 11.3-cü, 11.5-ci maddələrdə, 11.6-cı maddənin birinci (hər iki halda) və ikinci cümlələrində, 11.7-ci və 11.8-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.9.2. 11.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“11.4. Kütləvi təklif edilən səhmlər barəsində bu Qanunun 11.3-cü maddəsində göstərilən hesabatı Mərkəzi Bank təsdiq etdikdən sonra bu Qanunun 8.13-cü maddəsində nəzərdə tutulan müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri emitentin hesabına köçürülür.”;

1.9.3. aşağıdakı məzmunda 11.9-cu maddə əlavə edilsin:

“11.9. İnvestisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabata dair bu maddənin tələbləri kütləvi təklif edilən istiqrazlara şamil edilmir.”;

1.10. 13-cü maddə üzrə:

1.10.1. 13.1 –13.3-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.10.2. 13.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13.1.1. emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın baş tutmuş hesab edilməsi üçün minimum say müəyyən edildiyi halda investisiya qiymətli kağızları həmin saydan az miqdarda yerləşdirildikdə;”;

1.10.3. 13.1.2-ci maddəyə “prospekti” sözündən sonra “və ya informasiya memorandumu” sözləri əlavə edilsin;

1.11. 15-ci maddə üzrə:

1.11.1. 15.1-ci maddədən “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın;

1.11.2. 15.2-ci maddənin birinci cümləsinə “şirkətləri” sözündən sonra “, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra – investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar)” sözləri, “depozitarları” sözündən sonra “və idarəçiləri” sözləri əlavə edilsin və həmin maddədə “fondunun” sözü “fondlarının” sözü ilə əvəz edilsin;

1.12. 16-cı maddə üzrə:

1.12.1. 16.1-ci maddənin ikinci cümləsində, 16.7-ci maddənin birinci cümləsində, 16.10-cu və 16.11-ci maddələrin ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.12.2. 16.6-cı maddənin ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, dördüncü cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin cümləyə “şirkətinin,” sözündən sonra “investisiya fondunun idarəçisinin, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın,” sözləri əlavə edilsin;

1.12.3. 16.16.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri “Mərkəzi Bank tərəfindən” sözləri ilə əvəz edilsin;

1.13. 17.2-ci maddədə “fəaliyyəti” sözü “və (və ya) investisiya fondunun depozitarı fəaliyyətləri” sözləri ilə əvəz edilsin;

1.14. aşağıdakı məzmunda 17.2-1-ci və 17-1-ci maddələr əlavə edilsin:

“17.2-1. Mərkəzi depozitar qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə lisenziya almadan aşağıdakı maliyyə xidmətləri ilə məşğul ola bilər:

17.2-1.1. investisiya şirkətləri, investisiya xidmətlərini həyata keçirən banklar, investisiya qiymətli kağızları kütləvi təklif edilən emitentlər, investisiya fondlarının depozitarları, investisiya fondlarının idarəçiləri və nominal saxlayıcılar üçün pul hesablarının açılması və aparılması;

17.2-1.2. pul hesabları üzrə klirinq və hesablaşma xidmətlərinin göstərilməsi.”;

“Maddə 17-1. Mərkəzi depozitarın maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi tələblər və nəzarət

17-1.1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, digər aidiyyəti normativ hüquqi aktlar və normativ xarakterli aktlar ilə öhdəlik daşıyan şəxslər üçün nəzərdə tutulan bütün tələblər mərkəzi depozitara da tətbiq olunur.

17-1.2. Maliyyə xidmətləri sahəsində aparılan əməliyyatların qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Mərkəzi Bank mərkəzi depozitardan onun idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat sənədlərini, mühasibat uçotu sənədlərini, habelə onlara dair izahat tələb edə və yerində yoxlamalar apara bilər.

17-1.3. Mərkəzi depozitar tərəfindən təqdim edilən maliyyə xidmətləri üzrə xidmət haqları bu Qanunun 16.16.4-cü maddəsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilir.

17-1.4. Mərkəzi depozitar tərəfindən bu Qanunun 17.2-1.1-ci maddəsi ilə müəyyən edilən şəxslər üçün açılan pul hesablarında olan vəsaitlər yalnız həmin şəxslərin sərəncamına uyğun olaraq qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlar üzrə hesablaşmalar üçün istifadə edilir.

17-1.5. Mərkəzi depozitar tərəfindən açılan pul hesablarında olan vəsaitlər üzrə faiz və ya hər hansı digər formada gəlir ödənilə bilməz.”;

1.15. 18.1.2-ci maddədə “, qiymətli kağızlarla əməliyyatlar üzrə pul və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri “və” sözü ilə, “idarə edilməsi” sözləri “aparılması” sözü ilə əvəz edilsin;

1.16. 19-cu maddə üzrə:

1.16.1. 19.1-ci maddəyə “şirkətləri” sözündən sonra “, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar” sözləri əlavə edilsin və həmin maddədə “depozitarlarıdır” sözü “depozitarları və idarəçiləridir” sözləri ilə əvəz edilsin;

1.16.2. 19.2-ci maddədə “və ya” sözləri “, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın,” sözləri ilə əvəz edilsin və həmin maddəyə “depozitarının” sözündən sonra “və ya idarəçisinin” sözləri əlavə edilsin;

1.16.3. 19.5-ci, 19.5.2-ci və 19.6.4-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.16.4. aşağıdakı məzmunda 19.7-ci maddə əlavə edilsin:

“19.7. Bu Qanunun 41.2-ci maddəsi ilə müəyyən edilmiş tələb investisiya fondlarının idarəçilərinin fəaliyyəti ilə bağlı keçirilmiş əməliyyatlara dair məlumatlara da şamil edilir.”;

1.17. 23.1-ci maddənin birinci cümləsindən “və ya sənədli” sözləri çıxarılsın, ikinci cümləsində “Sənədsiz investisiya” sözləri “İnvestisiya” sözü ilə əvəz edilsin;

1.18. 28.2-ci maddənin ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Qiymətli kağız mülkiyyətçisi vəfat etdikdə belə məlumatlar icraatında olan vərəsəlik işləri üzrə notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə onların sorğusu əsasında verilir.”;

1.19. 30-cu maddə üzrə:

1.19.1. 30.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş investisiya xidmətləri Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları tərəfindən bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada lisenziya alınmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilən həcmdə və qaydada həyata keçirilir.”;

1.19.2. 30.4.1-ci və 30.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“30.4.1. qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması;”;

“30.5. Mərkəzi Bank ümumdövlət maraqları üçün investisiya şirkəti fəaliyyəti üzrə lisenziya olmadan qiymətli kağızlar, o cümlədən dövlət qiymətli kağızları və törəmə maliyyə alətləri ilə əməliyyatları tənzimlənən bazarla yanaşı digər ticarət sistemində də həyata keçirmək hüququna malikdir. Digər ticarət sistemində aparılan əməliyyatlar barədə məlumatlar Mərkəzi Bank tərəfindən dərhal mərkəzi depozitara ötürülür.”;

1.19.3. aşağıdakı məzmunda 30.5-1-ci və 30.5-2-ci maddələr əlavə edilsin:

“30.5-1. Dövlət qiymətli kağızları, Mərkəzi Bankın buraxdığı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatlar digər ticarət sistemində aparıldıqda, əqdlər həmin ticarət sisteminin qaydalarına uyğun olaraq bağlanılır.

30.5-2. İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və investisiya şirkətləri dövlət qiymətli kağızlarının marketmeykeri qismində çıxış etdikdə, alqı-satqı əməliyyatları üzrə qiymət dəhlizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılır.”;

1.19.4. 30.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.19.5. 30.7-ci maddəyə “şirkəti” sözündən sonra “və ya investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank” sözləri əlavə edilsin;

1.19.6. aşağıdakı məzmunda 30.8-ci maddə əlavə edilsin:

“30.8. Bu Qanunun 30.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, bu Qanunun 4-cü fəsli (bu Qanunun 31-ci, 32-ci və 42-ci maddələri istisna olmaqla) investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara da şamil edilir.”;

1.20. aşağıdakı məzmunda 31.13-cü və 34.5-ci maddə əlavə edilsin:

“31.13. İnvestisiya şirkətləri Mərkəzi Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.”;

“34.5. İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.”;

1.21. 43-cü maddə üzrə:

1.21.1. 43.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“43.2. İnvestisiya şirkətinin və xarici investisiya şirkətinin filialının bu Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş əsas investisiya xidmətlərini (əməliyyatlarını), habelə 30.4.1-ci maddəsində nəzərdə tutulmuş yardımçı investisiya xidmətini (əməliyyatını) həyata keçirən bütün işçiləri ixtisas şəhadətnaməsinə malik olmalıdır.”;

1.21.2. 43.3-cü maddə ləğv edilsin;

1.21.3. aşağıdakı məzmunda 43.3-1-ci maddə əlavə edilsin:

“43.3-1. İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.”;

1.21.4. 43.4-cü maddənin birinci cümləsində “43.2-ci və 43.3-cü maddələrində” sözləri “43-cü maddəsində” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.21.5. 43.5-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.22. 44-cü maddə üzrə:

1.22.1. 44.5-ci maddədən “yalnız” sözü çıxarılsın və həmin maddəyə “şirkətlərinin” sözündən sonra “və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların” sözləri əlavə edilsin;

1.22.2. aşağıdakı məzmunda 44.6-cı maddə əlavə edilsin:

“44.6. Bu maddənin müddəaları bu Qanunun 30.5-ci və 30.5-1-ci maddələrində nəzərdə tutulmuş hallarda digər ticarət sistemində qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə kütləvi ticarətin həyata keçirilməsinə şamil olunmur.”;

1.23. 47-ci maddə üzrə:

1.23.1. 47.1-ci maddənin birinci cümləsində “şirkətləridir” sözü “şirkətləri, investisiya fondlarının idarəçiləri və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklardır” sözləri ilə əvəz edilsin;

1.23.2. 47.2-ci maddəyə “üzrə” sözündən sonra “, investisiya fondlarının idarə edilməsi fəaliyyət növü üzrə və ya bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada alınmış” sözləri əlavə edilsin;

1.23.3. 47.3-cü maddəyə “şirkətinin” sözündən sonra “, investisiya fondunun idarəçisinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın” sözləri və “şirkətini” sözündən sonra “, idarəçini və bankı” sözləri əlavə edilsin;

1.23.4. 47.4-cü, 47.4.2-ci və 47.7-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.23.5. 47.8.2-ci maddəyə “lisenziyası” sözündən sonra “, investisiya fondunun idarəçisinin lisenziyası və ya bankın bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada alınmış lisenziyası” sözləri əlavə edilsin;

1.24. 50.4-cü maddəyə “şirkətləri” sözündən sonra “, investisiya fondlarının idarəçiləri” sözləri əlavə edilsin;

1.25. 53.1-ci maddənin birinci cümləsində “müraciəti əsasında bir ay ərzində həmin investisiya şirkətini və ya bankı” sözləri “və ya investisiya fondunun idarəçisinin müraciəti əsasında həmin investisiya şirkətini, idarəçini və ya onların təyin etdiyi bankı, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankın müraciəti əsasında isə müvafiq bankı bir ay ərzində” sözləri ilə əvəz edilsin;

1.26. 56.1-ci maddədə “və ya onun” sözləri “, investisiya fondunun idarəçisinin, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların və ya onların” sözləri ilə əvəz edilsin;

1.27. 58-ci maddə üzrə:

1.27.1. 58.2-ci maddəyə “şirkəti” sözündən sonra “, investisiya fondunun idarəçisi və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank” sözləri əlavə edilsin;

1.27.2. 58.3-cü maddənin ikinci cümləsində və 58.7-ci maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.27.3. 58.6.1-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.27.4. 58.6.3-cü maddəyə “tədavül” sözündən əvvəl “dövlət qiymətli kağızlarına, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi qiymətli kağızlara və” sözləri əlavə edilsin;

1.28. 61-ci maddə üzrə:

1.28.1. 61.3-cü, 61.9-cu maddələrdə, 61.14-cü maddənin ikinci cümləsində və 61.15-ci maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.28.2. 61.5-ci maddədə “seçilmiş” sözü “yaradılmış” sözü ilə əvəz edilsin və həmin maddəyə “və” sözündən sonra “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1.3-cü maddəsinə uyğun olaraq yaradılmış” sözləri əlavə edilsin;

1.28.3. 61.7-ci maddəyə “şirkətlərinin” sözündən sonra “, investisiya fondlarının idarəçilərinin və bankların” sözləri və “onların” sözündən sonra “kənar” sözü əlavə edilsin;

1.28.4. aşağıdakı məzmunda 61.10-1-ci maddə əlavə edilsin:

“61.10-1. Lisenziyalaşdırılan şəxslər göstərdiyi investisiya xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanılmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.”;

1.28.5. 61.12-ci maddə üzrə:

1.28.5.1. ikinci cümlədə hər iki halda “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin və həmin cümlədən “və mətbu orqanda” sözləri çıxarılsın;

1.28.5.2. üçüncü cümlə dördüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.”;

1.28.6. aşağıdakı məzmunda 61.18-ci maddə əlavə edilsin:

“61.18. Mərkəzi Bank qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin sistem əhəmiyyətliliyi və (və ya) risk profili nəzərə alınmaqla, onlar üçün təyin edilmiş normativ və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.”;

1.29. 62-ci maddə üzrə:

1.29.1. 62.4.1-ci maddədə “vətəndaş qüsursuzluğu tələblərinə uyğun gəlməlidir” sözləri “məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır” sözləri ilə əvəz edilsin;

1.29.2. 62.4.2-ci maddədə “maliyyə sabitliyi normativlərinə (olduqda) uyğun olmalıdır” sözləri “prudensial normativlərə (olduqda) riayət etməlidir və icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır” sözləri ilə əvəz edilsin;

1.29.3. 62.5 – 62.7-ci maddələrdə, 62.9-cu maddənin birinci – üçüncü cümlələrində və 62.11-ci maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.29.4. 62.6.1.1-ci maddəyə “sənədlər” sözündən sonra “, habelə mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər” sözləri əlavə edilsin;

1.29.5. aşağıdakı məzmunda 62.6.1.1-1-ci maddə əlavə edilsin:

“62.6.1.1-1. icra orqanlarının rəhbərlərinin vətəndaş qüsursuzluğuna dair məlumat. Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;”;

1.29.6. 62.6.1.4-cü maddənin 4-cü abzasından “imzaları notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilməklə” sözləri çıxarılsın, həmin abzasda “ərizələri” sözü “məlumat” sözü ilə əvəz edilsin və həmin abzasa “tövsiyəsi” sözündən sonra “(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış” sözləri əlavə edilsin;

1.29.7. 62.6.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“62.6.1.5. Mərkəzi Bankın müəyyən etdiyi formada benefisiar mülkiyyətçilər, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;”;

1.29.8. 62.6.2.1-ci maddəyə “tövsiyəsi” sözündən sonra “(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla), habelə mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumat və sənədlər” sözləri əlavə edilsin;

1.29.9. 62.6.2.2-ci maddədə “imzaları notariat qaydasında təsdiqlənmiş” sözləri “onun” sözü ilə, “ərizə” sözü “məlumat” sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir.”;

1.29.10. 62.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“62.8. Mərkəzi Bank aşağıdakı hallarda bu Qanunun 62.5-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə razılığın verilməsindən imtina edir:

62.8.1. bu Qanunun 62.6-cı maddəsində göstərilən sənədlər tam həcmdə təqdim olunmadıqda (bu Qanunun 62.6-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), yaxud sənədlərdəki məlumat tam olmadıqda və ya yanlış olduqda həmin sənədlərin on iş günü ərzində tam həcmdə təqdim edilməsi və ya dəqiqləşdirilməsinə dair Mərkəzi Bankın tələbi yerinə yetirilmədikdə;

62.8.2. mühüm iştirak pay sahibləri (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərləri) və onların benefisiar mülkiyyətçiləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

62.8.3. mühüm iştirak pay sahiblərinin və onların benefisiar mülkiyyətçilərinin lisenziyalaşdırılan şəxsə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

62.8.4. mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda;

62.8.5. mühüm iştirak payını əldə edən hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

62.8.6. bu Qanunun tələblərinə digər uyğunsuzluqlar aşkar olunduqda.”;

1.29.11. 62.10-cu maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, həmin cümləyə “barəsində” sözündən sonra “bu Qanunun 67.3-cü maddəsinə müvafiq olaraq” sözləri əlavə edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;

1.30. 63-cü maddə üzrə:

1.30.1. adına “rəhbər” sözündən sonra “və digər” sözləri əlavə edilsin;

1.30.2. 63.1-ci maddədə “daxili audit xidmətinin üzvü” sözləri “audit komitəsinin üzvləri” sözləri ilə əvəz edilsin;

1.30.3. 63.1.2-ci maddədə “və ya daxili audit xidmətinin üzvü” sözləri “üzvü və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları” sözləri ilə, maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən etibarən iki il müddətində tətbiq edilir;”;

1.30.4. 63.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“63.1.4. məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır;”;

1.30.5. aşağıdakı məzmunda 63.1-1 – 63.1-3-cü maddələr əlavə edilsin:

“63.1-1. Daxili audit xidmətinin rəhbəri və əməkdaşları “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidirlər.

63.1-2. Lisenziyalaşdırılan şəxslərin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır.

63.1-3. Lisenziyalaşdırılan şəxslərin baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və əməkdaşları məqbul və lazımi keyfiyyətlərə malik olmalıdır.”;

1.30.6. 63.2-ci və 63.2-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“63.2. Lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri, habelə xarici investisiya şirkətinin filiallarının rəhbərləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərilir. Bildirişə müvafiq olaraq bu Qanunun 66.1.10-cu, 66.1.11-ci və 71.3.5-ci maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Mərkəzi Bank otuz təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə sənədlərin təqdim edildiyi gündən on beş təqvim günü müddətində onlara məlumat verilir və səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.

63.2-1. Lisenziyalaşdırılan şəxslərin audit komitəsinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit xidmətinin rəhbəri və əməkdaşları və investisiya şirkətinin filial rəhbərləri vəzifəsinə bütün təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən yeddi iş günü müddətində investisiya şirkəti tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə həmin şəxslər barəsində müvafiq olaraq bu Qanunun 66.1.10-cu, 66.1.11-ci və 71.3.5-ci maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Bildirişdə həmin vəzifələrə təyin olunmuş şəxslərin müvafiq olaraq bu Qanunun 63.1-ci, 63.1-1 - 63.1-3-cü maddələrinin tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.”;

1.30.7. 63.3-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.30.8. 63.4-cü maddədə “icra orqanının və ya daxili audit xidmətinin üzvləri, habelə investisiya şirkətinin filiallarının rəhbərləri bu Qanunun 63.1-ci və 63.2-ci maddələrinin” sözləri “audit komitəsinin və icra orqanının üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs) və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları, habelə investisiya şirkətinin filiallarının rəhbərləri bu Qanunun 63-cü maddəsinin” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddədən “yeddi iş günü ərzində” sözləri çıxarılsın;

1.30.9. 63.5-ci maddədə “icra orqanının və ya daxili audit xidmətinin” sözləri “audit komitəsinin və icra orqanının” sözləri ilə əvəz edilsin;

1.30.10. aşağıdakı məzmunda 63.6-cı və 63.7-ci maddələr əlavə edilsin:

“63.6. İnvestisiya şirkətinin icra orqanının üzvünə dair bu Qanunun 63-cü maddəsinin tələbləri xarici investisiya şirkətinin filiallarının rəhbərlərinə də şamil edilir.

63.7. Bu Qanunun 63-cü maddəsində nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.”;

1.31. 64-cü maddə üzrə:

1.31.1. 64.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyəti ilə bu Qanunun 8-1-ci fəslinə uyğun qaydada lisenziya almış banklar və xarici bankların yerli filialları da məşğul olurlar.”;

1.31.2. 64.2-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün lisenziyanın verilməsini və ləğv edilməsini bu Qanunun 8-1-ci fəsli ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həyata keçirir.”;

1.31.3. 64.3-cü maddənin üçüncü cümləsində, 64.7-ci maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.31.4. aşağıdakı məzmunda 64.9-cu maddə əlavə edilsin:

“64.9. Bu maddənin investisiya şirkəti fəaliyyətinə dair tələbləri investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün bu Qanunun 8-1-ci fəslinə uyğun olaraq lisenziyalaşdırılan banklara və xarici bankların yerli filiallarına da şamil edilir.”;

1.32. 66-cı maddə üzrə:

1.32.1. 66.1.2-ci maddədə “və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri” sözləri “notariat qaydasında təsdiq edilmiş surəti və təsisçilər tərəfindən təsdiq edilmiş nizamnamə” sözləri ilə əvəz edilsin;

1.32.2. 66.1.3.7-ci maddədə “maliyyə sabitliyi normativlərinə (olduqda) uyğunluğunu” sözləri “prudensial normativlərə (olduqda) riayət etdiyini” sözləri ilə əvəz edilsin;

1.32.3. 66.1.5-ci maddəyə “olduqda” sözündən sonra “(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.32.4. 66.1.7-ci maddəyə “təsisçilərin” sözündən əvvəl “təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, mühüm iştirak payı olan” sözləri, “hüquqi şəxs olan” sözlərindən sonra “belə” sözü və “məlumatlar” sözündən sonra “və sənədlər” sözləri əlavə edilsin;

1.32.5. 66.1.8-ci, 66.1.10-cu və 66.1.12-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“66.1.8. ən azı biznes strategiyasını, nəzərdə tutulan xidmət növlərini, təşkilati strukturunu, ilk üç il üçün maliyyə proqnozlarını (maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat), informasiya sistemləri və texnologiyalarının təminat vasitələri (ticarət platforması, elektron mühasibat və digər proqram təminatları) haqqında məlumatları əks etdirən biznes-planı;”;

“66.1.10. təsisçilərin, müşahidə şurasının, audit komitəsinin və icra orqanının üzvlüyünə təyin olunması nəzərdə tutulan şəxslərin həmin lisenziyalaşdırılan şəxslərdə və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı və onların (təsisçi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin), habelə baş mühasibin (bu vəzifələri icra edən şəxsin) və daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının vətəndaş qüsursuzluğu barədə məlumat. Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;”;

“66.1.12. Mərkəzi Bankın müəyyən etdiyi formada lisenziyalaşdırılan şəxsin səhmdarları arasındakı münasibətlər və lisenziyalaşdırılan şəxsin benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış;”;

1.32.6. 66.1.11-ci maddəyə “müşahidə şurasının” sözlərindən sonra “, audit komitəsinin” sözləri əlavə edilsin və həmin maddədə “müvafiq sənədlər və məlumatlar” sözləri “məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş surətləri” sözləri ilə əvəz edilsin;

1.33. 67-ci maddə üzrə:

1.33.1. 67.1-ci, 67.4-cü, 67.5-ci maddələrdə və 67.7-ci maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.33.2. 67.2-ci maddənin birinci və dördüncü cümlələrində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə və dördüncü cümləsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin;

1.33.3. 67.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“67.3. Mərkəzi Bank təqdim edilən sənəd və məlumatların, o cümlədən lisenziyalaşdırılan şəxsin kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və bu Qanunun 63-cü maddəsində göstərilən şəxslərin məqbul və lazımi keyfiyyətlərə malik olması və lisenziyalaşdırılan şəxsin nizamnamə kapitalının mənbəyi barədə məlumatların yoxlanılması məqsədi ilə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.”;

1.33.4. aşağıdakı məzmunda 67.3-1-ci maddə əlavə edilsin:

“67.3-1. Bu Qanunun 67.3-cü maddəsi sonradan lisenziyalaşdırılan şəxsdə mühüm iştirak payı əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə) və (və ya) benefisiar mülkiyyətçi olan şəxslərə, bu Qanunun 63-cü maddəsinə uyğun olaraq lisenziyalaşdırılan şəxslərdə rəhbər və digər vəzifələrə yeni təyin olunan şəxslərə də şamil edilir.”;

1.33.5. 67.4.1-ci maddədə “məlumatlar” sözü “səhvlər və ya çatışmazlıqlar” sözləri ilə, “tamamlanmadıqda” sözü “aradan qaldırılmadıqda, habelə mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin lisenziyalaşdırılan şəxsə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya lisenziyalaşdırılan şəxsin ilkin nizamnamə kapitalı və ya xarici investisiya şirkətinin filialının ilkin nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin mənbəyi məlum olmadıqda” sözləri ilə əvəz edilsin;

1.33.6. 67.4.3-cü maddədə “, 63.1-ci və ya 63.2-ci” sözləri “və 63-cü” sözləri ilə əvəz edilsin və həmin maddəyə “olunmadıqda” sözündən sonra “, habelə benefisiar mülkiyyətçilər məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda” sözləri əlavə edilsin;

1.33.7. aşağıdakı məzmunda 67.4.3-1-ci maddə əlavə edilsin:

“67.4.3-1. təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;”;

1.33.8. 67.6-cı maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddədən “inzibati qaydada və” sözləri çıxarılsın;

1.34. 68.1.6-cı maddəyə “rəhbər” sözündən sonra “və digər” sözləri, “surətləri” sözündən sonra “(dəyişiklik olduqda)” sözləri əlavə edilsin;

1.35. 69.5.1-ci maddədə “tamamlanmadıqda” sözü “tam həcmdə təqdim edilmədikdə və ya dəqiqləşdirilmədikdə” sözləri ilə əvəz edilsin;

1.36. 69.5.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“69.5.2. bu Qanunun 63-cü maddəsinin tələbləri təmin olunmadıqda və (və ya) investisiya şirkətinin bu Qanunun 30.3.1-ci, 30.3.4-cü, 30.3.5-ci və ya 30.3.7-ci maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərinin (əməliyyatlarının), habelə 30.4.1-ci maddəsində nəzərdə tutulmuş yardımçı investisiya xidmətinin (əməliyyatının) həyata keçirilməsi üçün ixtisas şəhadətnaməsinə malik azı bir işçisi, bu Qanunun 30.3.2-ci, 30.3.3-cü və ya 30.3.6-cı maddələrində nəzərdə tutulmuş əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün müvafiq ixtisas şəhadətnaməsinə malik ən azı iki işçisi olmadıqda;”;

1.37. aşağıdakı məzmunda 70.1.3-1-ci maddə əlavə edilsin:

“70.1.3-1. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin lisenziyalaşdırılan şəxsə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;”;

1.38. 71.3.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“71.3.5. filial rəhbərinin həmin investisiya şirkətində və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı, onun iş təcrübəsi və təhsili barədə məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş və ya həmin şəxslər əcnəbi olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətləri, habelə onun vətəndaş qüsursuzluğuna dair məlumat. Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;”;

1.39. 72-ci maddə üzrə:

1.39.1. adında “icazə alınması və icazənin ləğvi” sözləri “dair tələblər” sözləri ilə əvəz edilsin;

1.39.2. 72.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“72.1. Yerli investisiya şirkəti bu Qanunun 72-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində filial açmaqda sərbəstdir.”;

1.39.3. aşağıdakı məzmunda 72.1-1-ci və 72.1-2-ci maddələr əlavə edilsin:

“72.1-1. Bu Qanunun 72.1-ci maddəsində nəzərdə tutulan halda yerli investisiya şirkəti filialın açılması barədə qərarın qəbul edildiyi tarixdən yeddi iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə bu Qanunun 71.3.2-ci, 71.3.5-ci, 71.4.4-cü və 71.4.5-ci maddələrində göstərilmiş sənəd və məlumatlar əlavə edilir. Bildirişdə filialın ünvanı, fəaliyyətə başlanması vaxtı, göstərilməsi nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları), habelə filial rəhbəri barədə bu Qanunun 63.2-1-ci maddəsində göstərilən məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən on dörd təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bu Qanuna müvafiq olaraq verilmiş icrası məcburi göstərişlərə əməl edilməməsi ilə bağlı, habelə yerli investisiya şirkəti tərəfindən Azərbaycan Respublikasının ərazisində filial açılması üçün təqdim edilmiş sənəd və məlumatların bu Qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmaması ilə bağlı investisiya şirkətinə yazılı məlumat göndərilmədikdə müvafiq filial fəaliyyətə başlaya bilər.

72.1-2. Yerli investisiya şirkətinin filialı xaricdə Mərkəzi Bankın icazəsi əsasında fəaliyyət göstərə bilər.”;

1.39.4. 72.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, “71.3.2-71.3.7-ci” sözləri “71.3.2-ci, 71.3.4-71.3.7-ci” sözləri ilə əvəz edilsin və həmin maddəyə “şirkətinin” sözündən sonra “xarici” sözü əlavə edilsin;

1.39.5. 72.3-cü maddədə, 72.4-cü maddənin birinci və ikinci cümlələrində, 72.6-cı, 72.8.4-cü, 72.10-cu və 72.11-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.39.6. 72.5-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddəyə “şirkətinin” sözündən sonra “xarici” sözü əlavə edilsin;

1.39.7. 72.5.2-ci maddədə “63.1-ci və 63.2-ci maddələrinin” sözləri “63-cü maddəsinin” sözləri ilə əvəz edilsin;

1.39.8. 72.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddədən “inzibati qaydada və” sözləri çıxarılsın;

1.39.9. 72.8-ci maddəyə “şirkətinin” sözündən sonra “xarici” sözü əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.39.10. 72.8.5-ci maddədə “63.1-ci və 63.2-ci maddələrinin” sözləri “63-cü maddəsinin” sözləri ilə əvəz edilsin;

1.39.11. 72.9-cu maddənin birinci cümləsində “İnvestisiya şirkəti” sözləri “Yerli investisiya şirkəti xarici filialının fəaliyyətinə” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.39.12. aşağıdakı məzmunda 72.12-ci maddə əlavə edilsin:

“72.12. Yerli investisiya şirkəti filiallarının fəaliyyətinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərməlidir. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş əməliyyat bölməsinin aktiv və öhdəliklərinin investisiya şirkətinə və ya investisiya şirkətinin digər əməliyyat bölməsinə ötürülməsi qaydası göstərilir.”;

1.40. 73.2.4-cü maddədə “sənədlərin leqallaşdırılmış və ya apostil verilmiş surəti, habelə imzaları notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə” sözləri “məlumatın göstərildiyi sənədlərin notariat qaydasında təsdiqlənmiş və ya həmin şəxslər əcnəbi olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətləri, habelə onların vətəndaş qüsursuzluğuna dair məlumat” sözləri ilə, maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmin şəxslər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim edilir;”;

1.41. 74-cü maddə üzrə:

1.41.1. 74.1 – 74.3-cü maddələrdə, 74.4-cü maddənin birinci və ikinci cümlələrində, 74.5-ci və 74.6-cı maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.41.2. 74.2.2-ci maddəyə ikinci halda “şirkətinin” sözündən sonra “və ya fond birjasının” sözləri əlavə edilsin;

1.41.3. 74.6.3-cü maddədə “43.2-ci və ya 43.3-cü maddələrinin” sözləri “43-cü maddəsinin” sözləri ilə əvəz edilsin;

1.41.4. 74.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin və həmin maddədən “inzibati qaydada və” sözləri çıxarılsın;

1.41.5. aşağıdakı məzmunda 74.8-ci maddə əlavə edilsin:

“74.8. Bu Qanunun 74.2.3-cü və 74.6.2-ci maddələri istisna olmaqla, bu maddənin tələbləri investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara da şamil edilir.”;

1.42. aşağıdakı məzmunda “8-1-ci fəsil” əlavə edilsin:

8-1-ci fəsil

İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların lisenziyalaşdırılması

Maddə 74-1. Lisenziyalaşdırmanın mərhələləri

74-1.1. Banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə lisenziya alınması üçün müraciətə Mərkəzi Bank aşağıdakı iki mərhələdə baxır:

74-1.1.1. lisenziya alınması üçün ilkin müraciətə baxılması;

74-1.1.2. lisenziya alınması üçün yekun müraciətə baxılması.

Maddə 74-2. Lisenziya alınması üçün ilkin müraciət zamanı təqdim edilən sənədlər və ilkin müraciətə baxılması

74-2.1. Bank tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə lisenziya alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

74-2.1.1. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə lisenziya alınması üçün ərizə (nəzərdə tutulan investisiya xidmətləri (əməliyyatları) göstərilməklə);

74-2.1.2. ən azı investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair biznes strategiyasını, nəzərdə tutulan investisiya xidmətlərinin (əməliyyatlarının) növlərini, təşkilati strukturunu, informasiya sistemləri və texnologiyalarının təminat vasitələri (ticarət platforması, elektron mühasibat və digər proqram təminatları) haqqında məlumatları əks etdirən biznes-planı;

74-2.1.3. xarici bankın rezidenti olduğu ölkənin müvafiq tənzimləyici orqanının xarici bankın həmin ölkədə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazəsinin olması barədə bildirişi və xarici filialın investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirməsinə yazılı icazəsi (tələb edildikdə);

74-2.1.4. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlər.

74-2.2. Lisenziya alınması üçün ilkin müraciətlə bağlı xarici bankın xarici ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır və ya onlara apostil verilməlidir.

74-2.3. Mərkəzi Bank lisenziyanın verilməsi üçün ilkin müraciətlə bağlı sənədlərə təqdim edildiyi tarixdən otuz təqvim günü ərzində baxır.

74-2.4. Mərkəzi Bank baxılmaq üçün təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət edənlərə yeddi iş günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Bu təklif yeddi iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 74-2.3-cü maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır. Sənədlərin təqdim edilməsindən sonra yeddi iş günü ərzində Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərmədikdə, sənədlər baxılmaq üçün qəbul olunmuş hesab edilir.

74-2.5. Mərkəzi Bank təqdim edilən sənədlərdəki məlumatların yoxlanılması məqsədi ilə digər dövlət orqanlarından məlumat ala bilər. Dövlət orqanları Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər.

74-2.6. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:

74-2.6.1. bu Qanunun 74-2.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar olunduqda, habelə sənədlərdəki səhvlər və ya çatışmazlıqlar bu Qanunun 74-2.4-cü maddəsinə uyğun qaydada aradan qaldırılmadıqda;

74-2.6.2. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsi, habelə investorların və kreditorların hüquqlarının pozulması təhlükəsi yaratdıqda.

74-2.7. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciətə baxılmasının nəticəsi barədə əsaslandırılmış qərar qəbul edir və bu Qanunun 74-2.3-cü maddəsində göstərilən müddətdə həmin qərarı müraciət edənə göndərir.

74-2.8. Mərkəzi Bankın ilkin müraciətin rədd edilməsi ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər.

74-2.9. Lisenziya verilməsi üçün ilkin müraciətə Mərkəzi Bank müsbət cavab verdiyi tarixdən etibarən doxsan təqvim günü müddətində lisenziya almaq üçün yekun müraciət təqdim olunmalıdır.

Maddə 74-3. Lisenziya alınması üçün yekun müraciət zamanı təqdim edilən sənədlər və yekun müraciətə baxılması

74-3.1. Lisenziya alınması üçün yekun müraciət zamanı Mərkəzi Banka aşağıdakılar təqdim edilir:

74-3.1.1. lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;

74-3.1.2. ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişiklik olduqda, bu barədə arayış;

74-3.1.3. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair lisenziyanın alınması üçün onun işçilərinin müvafiq ixtisas şəhadətnamələri;

74-3.1.4. investisiya şirkəti fəaliyyəti üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

74-3.2. Mərkəzi Bank lisenziya alınması üçün təqdim edilmiş sənədlərə təqdim edildiyi tarixdən on iş günü ərzində baxır.

74-3.3. Sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda, Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini təklif edir. Bu təklif beş iş günü ərzində yerinə yetirilməlidir. Təklifin təqdim edilməsi bu Qanunun 74-3.2-ci maddəsində nəzərdə tutulan müddətin axımını dayandırır.

74-3.4. Mərkəzi Bank lisenziyanın verilməsi və ya lisenziyanın verilməsindən imtina barədə bu Qanunun 74-3.2-ci maddəsində göstərilən müddət ərzində əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə göndərir.

74-3.5. Mərkəzi Bank lisenziya verməkdən aşağıdakı hallarda imtina edir:

74-3.5.1. bu Qanunun 74-3.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələbləri ilə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar bu Qanunun 74-3.3-cü maddəsinə uyğun olaraq təklif olunan qaydada tam həcmdə təqdim edilmədikdə və ya dəqiqləşdirilmədikdə;

74-3.5.2. investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün bu Qanunun 43.3-1-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş sayda ixtisas şəhadətnaməsinə malik işçisi olmadıqda;

74-3.5.3. bu Qanunun 74-2.6-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri aşkar edildikdə;

74-3.5.4. lisenziya verilməsi üçün bu Qanunun 74-2.9-cu maddəsində müəyyən edilmiş müddətdə Mərkəzi Banka yekun müraciət edilmədikdə.

74-3.6. Xarici bankın yerli filialına lisenziya verilməsindən bu Qanunun 74-2.6-cı və 74-3.5-ci maddələrində göstərilən əsaslarla yanaşı, həmin ölkənin qanunvericiliyi ilə banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə imtina edilir.

Maddə 74-4. Lisenziyanın ləğvi

74-4.1. Lisenziya aşağıdakı əsaslar olduqda Mərkəzi Bank tərəfindən ləğv edilir:

74-4.1.1. bankın və ya xarici bankın yerli filialının müraciəti olduqda;

74-4.1.2. bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya (xarici bankın yerli filialına münasibətdə həmçinin, xarici bankın investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün alınmış lisenziyası) ləğv edildikdə;

74-4.1.3. lisenziya alınarkən təqdim edilmiş sənədlərdə yanlış və ya qeyri-dürüst məlumatlar aşkar olunduqda və həmin məlumatlar dəqiqləşdirildikdən sonra lisenziyanın verilməsindən imtina üçün əsas kimi, bu Qanunun 74-2.6-cı və 74-3.5-ci maddələrində göstərilən hallar müəyyən olunduqda;

74-4.1.4. lisenziya qüvvəyə mindiyi tarixdən altı ay müddətində həmin bank investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirmədikdə;

74-4.1.5. lisenziyada nəzərdə tutulmayan fəaliyyət növləri həyata keçirildikdə;

74-4.1.6. bu Qanunun 86.5-ci maddəsinə müvafiq olaraq qəbul edilmiş icrası məcburi olan göstərişin verilməsi barədə təkrar qərar həmin qərarda göstərilən müddət ərzində yerinə yetirilmədikdə.

74-4.2. Mərkəzi Bank lisenziyanın ləğvi barədə qərar qəbul etdikdə, məlumatı lisenziyası ləğv olunmuş şəxslərə və vergi orqanlarına dərhal göndərməli və bu Qanunun 70.2-ci maddəsinə uyğun olaraq açıqlamalıdır.”;

1.43. 75-ci maddə üzrə:

1.43.1. 75.1-ci, 75.2-ci (hər iki halda) maddələrdə, 75.4-cü maddənin ikinci və üçüncü cümlələrində, 75.7-ci maddənin birinci – üçüncü cümlələrində, 75.11.2-ci və 75.12-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.43.2. 75.3.1-ci maddəyə “rəyi” sözündən sonra “(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.43.3. 75.5-ci maddənin birinci cümləsində “gündən” sözü “iş günündən” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.43.4. 75.6-cı maddənin birinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə, “gün” sözü “təqvim günü” sözləri ilə əvəz edilsin;

1.43.5. 75.11.1-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.44. 76.4.1-ci maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.45. 77.7-ci maddəyə “məlumatları” sözündən sonra “(bu Qanunla tələb olunduqda)” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.46. 78-ci maddə üzrə:

1.46.1. 78.5-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.46.2. 78.6-cı maddənin birinci cümləsinə “şirkəti” sözündən sonra “, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank” sözləri əlavə edilsin və həmin cümlədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.46.3. 78.7.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“78.7.1. Mərkəzi Bankın pul və məzənnə siyasətinin, habelə dövlətin borclanma siyasətinin həyata keçirilməsi məqsədilə aparılan əməliyyatlara;”;

1.46.4. 78.7.1-1-ci maddədə “təşkilatların” sözü “təşkilatlara və onların” sözləri ilə əvəz edilsin;

1.47. 11-ci fəslin adında “bazarının” sözü “bazarında” sözü ilə əvəz edilsin;

1.48. 83-cü maddə üzrə:

1.48.1. adında “bazarının” sözü “bazarında” sözü ilə əvəz edilsin;

1.48.2. 83.0-cı və 83.0.1 – 83.0.11-ci maddələr müvafiq olaraq 83.1-ci və 83.1.1 – 83.1.11-ci maddələr hesab edilsin;

1.48.3. 83.1-ci maddədə “bazarının” sözü “bazarında” sözü ilə əvəz edilsin;

1.48.4. aşağıdakı məzmunda 83.1.5-1-ci maddə əlavə edilsin:

“83.1.5-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müəyyən etmək;”;

1.48.5. 83.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“83.1.11. hər hansı şəxsin bu Qanunun 8-ci fəsli ilə müəyyən edilmiş qaydada lisenziya almadan investisiya şirkəti, fond birjası, klirinq təşkilatı, investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul olduğunu müəyyən etdikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görmək.”;

1.48.6. aşağıdakı məzmunda 83.2 – 83.4-cü maddələr əlavə edilsin:

“83.2. bu Qanunun 11-ci fəsli investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara da şamil edilir.

83.3. Qiymətli kağızlar bazarında nəzarətin həyata keçirilməsi üçün tələb olunduqda lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, habelə lisenziyalaşdırılan şəxslərin auditini aparan və ya aparmış auditorlar həmin şəxslərin fəaliyyətinə dair istənilən sənəd və məlumatları Mərkəzi Bankın yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir.

83.4. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.”;

1.49. 84-cü maddə üzrə:

1.49.1. 84.1-ci maddə üzrə:

1.49.1.1. birinci cümlədən “lisenziya və ya icazə verilmiş” sözləri çıxarılsın və həmin cümlədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.49.1.2. ikinci cümlədən “lisenziya və ya icazə verilmiş” sözləri çıxarılsın və həmin cümləyə “tarixləri” sözündən sonra “(bu Qanunla lisenziya və icazə tələb olunduqda)” sözləri əlavə edilsin;

1.49.1.3. üçüncü cümlədə “şəxslərin” sözü “şəxslər” sözü ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, həmin cümlədən “lisenziya və ya icazə verilmiş” sözləri çıxarılsın və həmin cümləyə “icazələrin” sözündən sonra “(bu Qanunla tələb olunduqda)” sözləri əlavə edilsin;

1.49.2. 84.2-ci maddənin birinci cümləsində “və emissiya prospektlərinin” sözləri “, emissiya prospektlərinin və informasiya memorandumlarının” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, həmin maddənin üçüncü cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.49.3. aşağıdakı məzmunda 84.4-cü maddə əlavə edilsin:

“84.4. Lisenziyalaşdırılan şəxslər və emitentlər reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərirlər.”;

1.50. 85-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin və həmin maddəyə “şəxslərin” sözündən sonra “və mərkəzi depozitarın” sözləri əlavə edilsin;

1.51. 86-cı maddə üzrə:

1.51.1. 86.1-ci maddəyə “aşkar edildikdə” sözlərindən sonra “, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə” sözləri əlavə edilsin və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.51.2. 86.2-ci maddədə, 86.3-cü maddənin birinci cümləsində, 86.4-cü maddənin birinci və ikinci cümlələrində və 86.5-ci maddənin birinci cümləsində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.51.3. 86.2.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 86.2.5-ci və 86.2.6-cı maddələr əlavə edilsin:

“86.2.5. lisenziyalaşdırılan şəxslərdə bu Qanunun 63-cü maddəsində göstərilən vəzifə tutan şəxslərin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və ya azad edilməsi;

86.2.6. investisiya şirkətinin yeni filiallarının açılmasının dayandırılması və ya fəaliyyət göstərən filiallarının işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi.”;

1.52. 88-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 88. Mərkəzi Bankın qərarından şikayət

Mərkəzi Bankın bu Qanunun tətbiqi ilə bağlı qərarından məhkəməyə şikayət edilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın həmin qərarının icrasını dayandırmır.”;

1.53. 89-cu maddə ləğv edilsin.

Maddə 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 43.2-ci və 43.3-cü maddələrində edilmiş dəyişiklik bu Qanun qüvvəyə mindiyi gündən 1 (bir) il sonra tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15