“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

31 iyul 2023, 12:08

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12 (I kitab), maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7 (I kitab), maddə 1389, № 12 (I kitab), maddə 2466; 2019, № 1, maddələr 32, 50, № 4, maddə 599, № 6, maddə 999, № 7, maddə 1185, № 8, maddə 1365; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8; 2020, № 5, maddə 515; 2021, № 1, maddə 8, № 11, maddə 1206, № 12, maddə 1298; 2022, № 12, maddələr 1379, 1399; 2023, № 1, maddə 41, № 2, maddə 159, № 3, maddə 334, № 4, maddə 456; Azərbaycan Respublikasının 2023-cü il 4 aprel tarixli 854-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Preambulada “bank sisteminin” sözləri birinci halda “bank fəaliyyətinin” sözləri ilə, ikinci halda isə “bankların” sözü ilə əvəz edilsin;

1.2. 1-ci maddə üzrə:

1.2.1. 1.0.12-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.12. İnzibatçı - bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, xarici bankın yerli filialının və nümayəndəliyinin rəhbəri, habelə bankın (xarici bankın yerli filialının) baş mühasibi (bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin əməkdaşları, bankın filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri;”;

1.2.2. 1.0.13-cü maddədə “və onun filiallarının baş mühasibləri” sözləri “baş mühasibi (bu vəzifələri icra edən şəxs)” sözləri ilə əvəz edilsin, həmin maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici bankın rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici banka aidiyyəti olan digər şəxslər xarici bankın yerli filialının aidiyyəti şəxsləri hesab olunurlar;”;

1.2.3. 1.0.18-ci maddədə “mənafeləri” sözü “nüfuzu” sözü ilə əvəz edilsin və həmin maddəyə “inzibatçısı” sözündən sonra “, benefisiar mülkiyyətçisi” sözləri əlavə edilsin;

1.2.4. 1.0.19-cu maddəyə “dedikdə” sözündən sonra “, benefisiar mülkiyyətçilər” sözləri, “məhkumluğun olmaması” sözlərindən sonra “, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması” sözləri, “müflis elan edilməsi” sözlərindən sonra “, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi” sözləri əlavə edilsin;

1.2.5. 1.0.21-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin;

1.2.6. 1.0.22-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.22. Maliyyə bazarları sahəsi – maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsi və ya Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələri;”;

1.2.7. 1.0.25-ci, 1.0.27-ci, 1.0.29-cu, 1.0.30-cu (hər iki halda), 1.0.31-ci və 1.0.32-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.3. 2-ci maddə üzrə:

1.3.1. maddənin adında “sistemi və onun” sözləri “fəaliyyətinin” sözü ilə əvəz edilsin;

1.3.2. 2.1-ci və 2.2-ci maddələr ləğv edilsin;

1.3.3. 2.3-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın;

1.4. 3-cü maddə üzrə:

1.4.1. 3.1-ci maddədən “banklar və bank olmayan” sözləri çıxarılsın və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.4.2. 3.2-ci maddəyə “banklar” sözündən sonra “, xarici bankların yerli filialları” sözləri əlavə edilsin;

1.4.3. 3.3-cü maddəyə “3.4-cü” sözlərindən sonra “, 5.1-ci” sözləri əlavə edilsin;

1.4.4. 3.4-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.4.5. 3.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“3.5. Mərkəzi Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görür.”;

1.5. 5-ci maddə üzrə:

1.5.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 5. Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında xarici kapitalın iştirakı”;

1.5.2. 5.1-ci maddədə “Respublikasının bank sistemində” sözləri “Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.5.3. 5.2-ci maddədə, 5.3-cü maddənin birinci – üçüncü cümlələrində və 5.4-cü maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.6. 6.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, həmin maddəyə “habelə” sözündən sonra “bu Qanunda nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilsin və həmin maddədən “, şöbələr” sözü çıxarılsın;

1.7. 6.2-ci maddənin üçüncü cümləsində, 6.3-cü, 9.1-ci, 12.1-ci maddələrdə, 12.2-ci maddənin birinci abzasının birinci cümləsində, 12.3-cü maddənin birinci – üçüncü cümlələrində, 12.4-cü maddənin birinci və ikinci cümlələrində, 12.5-ci, 13.1-ci maddələrdə, 18.1-ci maddənin birinci cümləsində, 18.3-cü maddənin birinci və ikinci cümlələrində, 20.1-ci maddənin ikinci cümləsində, 20.3-cü (hər iki halda) maddədə, 20.4-cü maddənin ikinci cümləsində, 21.1-ci maddənin birinci və ikinci cümlələrində, 21.2-ci, 21.3-cü, 21.5-ci (hər iki halda), 27.2.7-ci, 27.9-cu maddələrdə, 29-cu maddənin mətnində, 32.1-ci maddənin birinci abzasında, 33.2-ci maddədə, 35.2-ci və 35.3-cü maddələrin ikinci cümlələrində, 35.4-cü maddənin birinci hissəsinin birinci cümləsində (hər iki halda), 36.1-ci maddədə, 36.2-ci maddənin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsində, 38.3-cü, 41.4-cü maddələrdə, 44.5-ci maddənin birinci və ikinci (hər iki halda) cümlələrində, 48.1-ci maddənin birinci abzasında, 49.1-ci maddənin birinci abzasında, 49.2-ci, 49.3-cü maddələrdə, 50.1-ci maddənin ikinci cümləsində, 50.2-ci, 50.3-cü maddələrdə, 57.1-ci maddənin birinci abzasında, 57.1.1-ci, 57.2-ci, 57.5-ci maddələrdə, 57.6-cı maddənin birinci abzasının ikinci və üçüncü cümlələrində, 57.8-ci maddədə, 57-1.3-cü maddənin ikinci cümləsində (hər iki halda), 57-2.1-ci, 57-2.3.12-ci, 57-2.3.14-cü, 57-2.3.16-cı maddələrdə, 57-4.2-ci maddənin birinci abzasında, 57-4.3-cü, 57-4.4-cü maddələrdə, 57-5.1-ci maddənin birinci və ikinci cümlələrində, 57-5.4.1-ci maddədə, 57-6.3-cü maddənin birinci cümləsində, 57-6.8-ci, 57-7.2-ci maddələrdə, 57-7.3.3-cü maddənin ikinci cümləsində, 57-7.4-cü maddənin birinci cümləsində, 57-8.1-ci, 57-8.3-cü maddələrdə, 57-8.4-cü və 57-8.5-ci maddələrin birinci cümlələrində, 57-8.6-cı maddədə, 57-8.8-ci maddənin birinci cümləsində, 57-8.10-cu maddənin ikinci cümləsində, 57-8.11-ci, 57-8.12-ci maddələrdə, 57-8.13-cü maddənin birinci – üçüncü cümlələrində, 57-8.14-cü, 57-9.3-cü (hər iki halda), 57-9.4-cü, 57-9.10-cu maddələrdə, 57-11.2-ci maddənin ikinci cümləsində, 57-11.6-cı maddənin birinci (hər iki halda) və üçüncü cümlələrində, 57-11.9-cu maddənin ikinci cümləsində, 57-11.12-ci maddənin birinci və ikinci cümlələrində, 57-11.13-cü, 57-11.17.2-ci, 57-11.19-cu maddələrdə, 57-12.1-ci maddənin birinci abzasında, 57-12.1.3-cü maddənin birinci abzasında, 57-12.1.3.4-cü, 58.1-ci maddələrdə, 58.2-ci maddənin ikinci cümləsində (hər iki halda), 58.3-cü, 59.1-ci maddələrdə, 59.2-ci maddənin birinci hissəsinin birinci cümləsində, ikinci hissəsinin ikinci, beşinci və altıncı cümlələrində, 59.4-cü maddənin ikinci cümləsində, 59.5.1-ci maddədə, 59.7-ci maddənin ikinci cümləsində, 59.10-cu (hər iki halda), 59.11-ci, 61.1.1 – 61.1.3-cü, 62.1.1-ci maddələrdə, 62.2-ci maddənin birinci – beşinci cümlələrində, 62.3-cü maddənin birinci cümləsində, 63.1-ci və 64.1-ci maddələrin birinci cümlələrində (hər iki halda), 65.1.2-ci, 65.1.5-ci maddələrdə, 65.2-ci maddənin birinci abzasında, 65.2.1-ci maddənin birinci və ikinci (hər iki halda) cümlələrində, 66.1-ci maddənin ikinci cümləsində, 67-ci maddədə, 70.1-ci maddənin birinci cümləsində, 70.3-cü maddədə, 71.1-ci maddənin dördüncü və beşinci cümlələrində, 71.4-cü maddənin üçüncü hissəsində, 71-1.3-cü (hər iki halda), 86.1-ci, 86.2-ci maddələrdə, 88.1.2-ci maddənin ikinci cümləsində, 89.1.1-ci, 89.1.4-cü maddələrdə, 90-cı maddənin adında və mətnində, 91.3-cü maddənin birinci cümləsində, 93.2-ci (hər iki halda) maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.8. 7-ci maddə üzrə:

1.8.1. 7.1-ci maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.8.2. 7.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.2. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Mərkəzi Bank bankın kapitalında pay sahiblərinin və benefisiar mülkiyyətçilərin maliyyə vəziyyəti, habelə mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin), benefisiar mülkiyyətçilərin və inzibatçıların məqbul və lazımi keyfiyyətlərə malik olması və bankın nizamnamə kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.”;

1.8.3. aşağıdakı məzmunda 7.2-1-ci maddə əlavə edilsin:

“7.2-1. Bu Qanunun 7.2-ci maddəsi sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), benefisiar mülkiyyətçi olan şəxslərə, yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir.”;

1.9. 8-ci maddə üzrə:

1.9.1. 8.2.1-ci maddədən “səsvermə hüququ olan” sözləri çıxarılsın;

1.9.2. 8.2.1.4-cü maddəyə “olduqda” sözündən sonra “(daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.9.3. 8.2.2-ci, 8.2.3-cü, 8.2.5-ci və 8.2.8-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“8.2.2. bankın təklif edilən nizamnamə kapitalının miqdarı, hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi, bankda mühüm iştirak pay sahiblərinin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə mühüm iştirak pay sahibləri hüquqi şəxs olduqda onların nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar və sənədlər;

8.2.3. bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, rəhbər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;

“8.2.5. bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun vətəndaş qüsursuzluğuna dair məlumat, mühüm iştirak payının sahibi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;

“8.2.8. bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;

1.9.4. aşağıdakı məzmunda 8.2.5-1-ci maddə əlavə edilsin:

“8.2.5-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın səhmdarları arasındakı münasibətlər və bankın benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;

1.9.5. 8.3-cü və 8.4-cü maddələrin birinci və ikinci cümlələrində, 8.5-ci maddənin birinci abzasında, 8.6 – 8.8-ci, 8.10.3-cü maddələrdə, 8.11-ci maddənin ikinci, üçüncü və dördüncü (hər iki halda) cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.10. 9.3.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

“9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, onların vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;”;

1.11. 10-cu maddə üzrə:

1.11.1. 10.2.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.11.2. 10.2.6-cı maddəyə “üçdən” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunduqda beşdən)” sözləri əlavə edilsin;

1.11.3. 10.2.7-ci maddədə “(mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri və baş mühasibi” sözləri “(bu vəzifələri icra edən şəxs), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri, eləcə də xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs)” sözləri ilə əvəz edilsin;

1.11.4. 10.3 – 10.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:

10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə azı 7 illik iş təcrübəsinin olması;

10.3.2. bankın İdarə Heyətinin sədri və üzvləri, habelə xarici bankın yerli filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili rəhbər vəzifədə olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində və ya bankın fəaliyyət strategiyasında müəyyən edilən sahələrdə azı 10 illik iş təcrübəsinin (azı 5 ili rəhbər vəzifədə olmaqla) olması;

10.3.3. yerli bankın filialının rəhbəri üçün - iqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;

10.3.4. bankın daxili audit bölməsinin rəhbəri üçün – iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 4 illik iş təcrübəsinin (azı 2 ili bankda olmaqla) olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması;

10.3.5. bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) üçün - iqtisadiyyat sahəsində ali təhsil və bankda mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 5 illik iş təcrübəsinin (azı 3 ili bankda olmaqla) olması (bankın və xarici bankın yerli filialının baş mühasibi (bu vəzifələri icra edən şəxs) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı almalıdır);

10.3.6. bank şöbəsinin və nümayəndəliyinin, habelə xarici bankın yerli nümayəndəliyinin rəhbəri üçün - ali təhsil və bankda azı 2 illik iş təcrübəsinin olması.

10.4. Bu Qanunun 10.3.5-ci maddəsində baş mühasib (bu vəzifələri icra edən şəxs) üçün müəyyən edilmiş tələblər bankda mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinə və müvafiq peşəkar mühasib sertifikatına malik şəxslərə şamil edilmir.

10.5. Bank Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci və 9.3.10-cu maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur.

Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə banka və ya xarici banka sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.”;

1.11.5. aşağıdakı məzmunda 10.6 – 10.8-ci maddələr əlavə edilsin:

“10.6. Bu Qanunun 10.5-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, inzibatçı vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində bank və ya xarici bankın yerli filialı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə müvafiq olaraq bu Qanunun 8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci maddələrində nəzərdə tutulan məlumat və sənədlər əlavə olunur. Bildirişdə həmçinin təyin olunmuş inzibatçıların bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə cavab verməsinə dair məlumat əks etdirilir.

10.7. Bu Qanunun 10.5-ci və 10.6-cı maddələrində nəzərdə tutulan sənədlər Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

10.8. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.”;

1.12. 11-ci maddə üzrə:

1.12.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 11. Yerli bankların filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılmasına dair tələblər”;

1.12.2. 11.1-ci və 11.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“11.1. Yerli bank bu Qanunun tələbləri nəzərə alınmaqla filial, şöbə və nümayəndəlik açmaqda sərbəstdir.

11.2. Məcmu kapital, kapital adekvatlığı və likvidlik normativlərinə cavab verən, filiallar üzrə daxili nəzarət sisteminə malik olan bank filial, şöbə və nümayəndəlik aça bilər. Filial və şöbədə nağd pul saxlancı Mərkəzi Bankın müvafiq normativ xarakterli aktının tələblərinə uyğun olmalı, habelə filial və şöbələrdə aparılan əməliyyatlar haqqında məlumatların real vaxt rejimində banka ötürülməsi üçün informasiya sistemləri mövcud olmalıdır.”;

1.12.3. aşağıdakı məzmunda 11.1-1-ci və 11.2-1-ci maddələr əlavə edilsin:

“11.1-1. Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.”;

“11.2-1. Yerli bank yerli filial, şöbə və ya nümayəndəliyin açılması barədə qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərir. Bildirişə filial, şöbə və ya nümayəndəlik açmaq barədə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti, habelə filial, şöbə və ya nümayəndəliyin inzibatçıları barədə bu Qanunun 11.3.5-ci maddəsində göstərilən sənəd və məlumatlar əlavə olunur. Bildirişdə filial, şöbə və ya nümayəndəliyin ünvanı, fəaliyyətə başlaması vaxtı, habelə inzibatçıları barədə bu Qanunun 10.6-cı maddəsində göstərilən məlumat əks etdirilir. Mərkəzi Bank tərəfindən 14 təqvim günü ərzində bildirişə münasibət bildirilmədikdə və ya bank tərəfindən yerli filialın, şöbənin və ya nümayəndəliyin açılması üçün bu Qanunla nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya banka qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməməsi ilə bağlı banka yazılı məlumat göndərilmədikdə müvafiq yerli filial, şöbə və ya nümayəndəlik fəaliyyətə başlaya bilər.”;

1.12.4. 11.3-cü maddənin birinci abzasının birinci cümləsində “yerli və ya xarici filialını və” sözləri “xarici filialını və ya” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.12.5. 11.3.2-ci maddənin birinci və ikinci cümlələrindən və 11.3.4-cü maddədən “xarici” sözü çıxarılsın;

1.12.6. 11.3.5-ci maddədən “xarici” sözü çıxarılsın və həmin maddədə “tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə” sözləri “vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış” sözləri ilə əvəz edilsin;

1.12.7. 11.4-cü maddənin birinci – üçüncü cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.12.8. 11.5-ci maddə üzrə:

1.12.8.1. birinci cümlədə “filialının və ya xarici” sözləri “xarici filialının və ya” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.12.8.2. ikinci, üçüncü və beşinci cümlələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.12.8.3. dördüncü cümlədə “filialın və ya xarici” sözləri “xarici filialın və ya” sözləri ilə əvəz edilsin;

1.12.9. 11.7-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, “təqvim” sözü “iş” sözü ilə əvəz edilsin;

1.12.10. aşağıdakı məzmunda 11.8-ci maddə əlavə edilsin:

“11.8. Bank filial, şöbə və nümayəndəliklərinin fəaliyyətlərinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdikdə, səbəbi göstərilməklə bu barədə Mərkəzi Banka 5 iş günü müddətində yazılı bildiriş göndərməlidir. Bildirişdə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinə xitam verilmiş struktur bölməsinin aktiv və öhdəliklərinin banka və ya bankın digər struktur bölməsinə ötürülməsi qaydası göstərilir.”;

1.13. 14-cü maddə üzrə:

1.13.1. 14.1.1-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddəyə “deyildir” sözündən sonra “və həmin vəsaitlərin mənbəyi məlumdur” sözləri əlavə edilsin;

1.13.2. 14.1.2-ci maddəyə “təsisçisinin” sözündən sonra “və ya benefisiar mülkiyyətçilərin” sözləri əlavə edilsin;

1.13.3. 14.1.3-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın və həmin maddədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.13.4. 14.1.4-cü maddəyə “mühüm” sözündən əvvəl “benefisiar mülkiyyətçilər,” sözləri əlavə edilsin;

1.13.5. 14.1.11-ci, 14.2.5-ci, 14.2.8-ci və 14.3-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.13.6. 14.1.13-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın;

1.13.7. 14.2-ci maddənin birinci abzasında “yerli və xarici filiallarının, xarici” sözləri “xarici filiallarının və” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.13.8. 14.2.7-ci maddə ləğv edilsin;

1.14. 15-ci maddə üzrə:

1.14.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 15. Bankların, onların filiallarının, şöbələrinin və nümayəndəliklərinin reyestri”;

1.14.2. 15.1-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsinə “tarixi” sözündən sonra “(bu Qanunla lisenziya və icazə tələb olunduqda)” sözləri əlavə edilsin;

1.14.3. 15.2-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə, “təqvim” sözü “iş” sözü ilə əvəz edilsin;

1.15. 16-cı maddə üzrə:

1.15.1. 16.1-ci maddənin birinci abzasında “lisenziyası” sözü “lisenziyasının ləğv edilməsi məsələsinə” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin abzasdan “ləğv edilməsi məsələsinə” sözləri çıxarılsın;

1.15.2. 16.1.5-ci, 16.1.6-cı, 16.1.12-ci, 16.1.14-cü, 16.2.5-ci və 16.3-cü maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.15.3. 16.1.9-cu və 16.2.7-ci maddələrdən “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri çıxarılsın;

1.15.4. 16.1.15-ci maddədən “maliyyə bazarlarına nəzarət orqanı və ya” sözləri çıxarılsın və həmin maddəyə “banklarına” sözündən sonra “və ya xarici bankın yerli filiallarına” sözləri əlavə edilsin;

1.15.5. 16.1.16-cı və 16.1.17-ci maddələrdən “maliyyə bazarlarına nəzarət orqanına və ya” sözləri çıxarılsın;

1.15.6. 16.1.18-ci maddə aşağıdakı redaksiyada verilsin:

“16.1.18. bank və ya xarici bankın yerli filialı bu Qanuna uyğun olaraq Mərkəzi Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə;”;

1.15.7. 16.2-ci maddənin birinci abzasında “filiallarına və nümayəndəliklərinə, o cümlədən” sözləri “xarici filial və nümayəndəliklərinə, habelə” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.15.8. 16.2.9-cu maddədə “filialın və ya nümayəndəliyin” sözləri “nümayəndəliyin və ya yerli bankın xarici filialının” sözləri ilə əvəz edilsin;

1.15.9. aşağıdakı məzmunda 16.2.9-1-ci maddə əlavə edilsin:

“16.2.9-1. nümayəndəliyə və ya yerli bankın xarici filialına xaricdə verilmiş icazə ləğv edildikdə;”;

1.15.10. 16.4-cü maddə ləğv edilsin;

1.16. 17-ci maddə üzrə:

1.16.1. 17.1-ci maddədə “bank lisenziyasının və ya filialın və nümayəndəliyin açılmasına verilmiş” sözləri “lisenziya və” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.16.2. 17.2-ci maddənin birinci hissəsinin ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, ikinci hissəsinə “Bankların” sözündən sonra “xarici” sözü əlavə edilsin və həmin hissədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.16.3. 17.3-cü və 17.4-cü maddələrdə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.17. 22-ci maddə üzrə:

1.17.1. 22.2 – 22.3-cü maddələrdə, 22.4-cü maddənin birinci abzasında, 22.5-ci maddənin birinci abzasının birinci – üçüncü cümlələrində, 22.6-cı maddədə, 22.7-ci maddənin birinci və ikinci hissələrində, 22.8-ci maddədə, 22.9-cu maddənin birinci və ikinci cümlələrində, 22.10-cu maddənin birinci abzasında, 22.10.4-cü və 22.11-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.17.2. 22.4.1.2-ci maddədə “hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə” sözləri “onların vətəndaş qüsursuzluğuna dair məlumat” sözləri ilə əvəz edilsin;

1.17.3. 22.4.2.1-ci maddədə “tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə” sözləri “onun vətəndaş qüsursuzluğuna dair məlumat” sözləri ilə əvəz edilsin;

1.17.4. 22.4.2.2-ci maddəyə “ölkənin” sözündən sonra “bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilərə münasibətdə istisna olmaqla) və rezidenti olduğu ölkənin” sözləri, “verilmiş” sözündən sonra “və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış” sözləri əlavə edilsin, həmin maddədə “hakimiyyət” sözü “dövlət” sözü ilə əvəz edilsin və həmin maddədən “və bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar” sözləri çıxarılsın;

1.17.5. 22.4.3-cü maddəyə “şəxsin” sözündən sonra “mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitinin mənbəyi, habelə” sözləri əlavə edilsin;

1.17.6. 22.4.4-cü maddədən “hüquqi” sözü çıxarılsın;

1.17.7. 22.5.4-cü maddəyə “olduqda” sözündən sonra “və ya mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi məlum olmadıqda və ya bu Qanunun 14.1.2-ci maddəsində göstərilən faktlar müəyyən edildikdə” sözləri əlavə edilsin;

1.17.8. 22.5.7-ci maddədən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın;

1.18. 25-ci maddə üzrə:

1.18.1. 25.1.4-cü maddədə “xəbərdar etmək, maliyyə bazarlarına nəzarət orqanına” sözləri “məlumatlandırmaq, Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.18.2. 25.1.10-cu maddəyə “hallar” sözündən sonra “və bu Qanunun 40.1.1-1-ci maddəsinə uyğun olaraq İdarə Heyəti tərəfindən qərarın qəbul edilməsi halları” sözləri əlavə edilsin;

1.18.3. 25.1.13-cü maddənin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.19. 27.4-cü maddədə “digər idarəetmə orqanlarının üzvü olan şəxslər” sözləri “İdarə Heyətinin üzvləri və bankın səhmdarları” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müşahidə Şurasının üzvləri (bankın səhmdarları istisna olmaqla) Audit Komitəsinin üzvü ola bilərlər.”;

1.20. 30-cu maddə üzrə:

1.20.1. 30.2-ci maddədə, 30.4-cü maddənin birinci abzasında, 30.5-ci maddənin birinci abzasının birinci – üçüncü cümlələrində, 30.6-cı, 30.7-ci və 30.8-ci (hər iki halda) maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.20.2. 30.4.4-cü maddənin birinci hissəsində “hər bir rəhbər tərəfindən imzalanmış və imzaları notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə” sözləri “onların vətəndaş qüsursuzluğuna dair məlumat” sözləri ilə əvəz edilsin;

1.20.3. 30.5.4-cü maddədən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın;

1.21. 31.1-ci, 38.1-ci və 38.2-ci maddələrdən “maliyyə bazarlarına nəzarət orqanının və” sözləri çıxarılsın;

1.22. aşağıdakı məzmunda 32.1.6-2-ci maddə əlavə edilsin:

“32.1.6-2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan həcmdə və qaydada qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi;”;

1.23. 34-cü maddə üzrə:

1.23.1. 34.1-ci maddənin birinci hissəsində və ikinci hissəsinin birinci cümləsində, 34.2-ci maddənin birinci abzasında, 34.3-cü, 34.4-cü və 34.6-cı maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.23.2. 34.2.15-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 34.2.16-cı maddə ləğv edilsin;

1.23.3. 34.5-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Mərkəzi Bank bankların sistem əhəmiyyətliliyi və (və ya) risk profili nəzərə alınmaqla, onlar üçün müəyyən edilmiş normativlərdən və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.”;

1.24. 35.1-ci maddədən “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri çıxarılsın;

1.25. 36.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“36.4. Banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.”;

1.26. 40-cı maddə üzrə:

1.26.1. 40.1.1-1-ci maddəyə “qərarı” sözündən sonra “və ya bu Qanunun 25.1.9-cu maddəsinin tələbi nəzərə alınmaqla Mərkəzi Bankın müəyyən etdiyi limitlər və şərtlər daxilində İdarə Heyətinin qərarı” sözləri əlavə edilsin;

1.26.2. 40.2-ci maddənin ikinci cümləsinə “Müşahidə Şurasının” sözlərindən sonra “və İdarə Heyətinin” sözləri əlavə edilsin;

1.27. 41.2-ci, 41.3-cü və 41.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“41.2. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir və müştəri tərəfindən əl imzası (notariat qaydasında və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənməklə), gücləndirilmiş elektron imza və ya məsafədən bank hesablarının açılması üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən digər üsul ilə imzalanır. Həmin razılıqda bank sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulan şəxslər, verilən məlumatların dairəsi, məlumatların verilməsi müddəti (müəyyən edildiyi halda) və məlumatların verilməsi ilə bağlı müştərinin zəruri hesab etdiyi digər şərtlər aydın şəkildə göstərilməlidir. Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən digər şəxslərə yalnız aşağıdakı hallarda verilir:

41.2.1. nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı – Mərkəzi Banka;

41.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – vergi orqanlarına;

41.2.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 76-1-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə vergi orqanları vasitəsilə – həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına;

41.2.4. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq – maliyyə monitorinqi orqanına;

41.2.5. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə – Mərkəzi Seçki Komissiyasına;

41.2.6. “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada – Əmanətlərin Sığortalanması Fonduna;

41.2.7. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra sənədinin məcburi icraya yönəldilməsi ilə əlaqədar bank saxlancında əmlakın və bank hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə – icra məmurlarına;

41.2.8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə – miqrasiya orqanlarına;

41.2.9. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq – Azərbaycan Respublikasının Hesablama Palatasına;

41.2.10. ixracda hesablaşmalara dövlət nəzarəti ilə bağlı ixrac olunmuş mal (xidmət) müqabilində bank hesabına vəsaitin köçürülməsi barədə – gömrük orqanlarına;

41.2.11. cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında – müvafiq dövlət orqanlarına və onların vəzifəli şəxslərinə;

41.2.12. məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında – məhkəmələrə;

41.2.13. müştəri vəfat etdikdə onun hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə məlumatlar icraatında olan vərəsəlik işləri üzrə – notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə;

41.2.14. bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bu Qanunda nəzərdə tutulmuş qaydada – müvafiq kreditorlara;

41.2.15. bankın aktiv və (və ya) öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada köçürülməsi (ötürülməsi/satılması) zamanı – aktiv və (və ya) öhdəlikləri qəbul edən şəxslərə;

41.2.16. bankın audit yoxlaması zamanı – kənar auditorlara;

41.2.17. bankın qanuni maraqlarının qorunması məqsədilə və yalnız bu məqsədlər üçün tələb olunduğu həcmdə müştərinin borc öhdəliyi barədə məhkəməyə, hüquq mühafizə orqanlarına, banka hüquqi yardım göstərən vəkilə, habelə bankın öz təşəbbüsü, yaxud qanunda və ya müqavilədə nəzərdə tutulduqda – arbitraja (münsiflər məhkəməsinə), mediatora, mübahisələrin digər alternativ həlli mexanizmini həyata keçirən şəxslərə.

41.3. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.”;

“41.5. Bankların mövcud və keçmiş inzibatçıları, digər əməkdaşları, səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan, habelə bu Qanunun 41.2-ci və 41.3-cü maddələrində nəzərdə tutulmuş şəxslər əldə etdikləri bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açıqlanmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.”;

1.28. 44.3.3-cü maddədə “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 44.3.4-cü maddə əlavə edilsin:

“44.3.4. banka və xarici bankın yerli filialına nəzarət funksiyasının həyata keçirilməsi üçün tələb olunduqda Mərkəzi Bankın yazılı sorğusuna əsasən auditini aparan və ya aparmış bankın və xarici bankın yerli filialının fəaliyyətinə dair istənilən sənəd və məlumatları sorğuda müəyyən edilmiş müddətdə Mərkəzi Banka təqdim edir.”;

1.29. 45.3-cü maddədən “və mətbu orqanda” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.”;

1.30. 46-cı maddə üzrə:

1.30.1. 46.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“46.1. Bank və xarici bankın yerli filialı maliyyə vəziyyətinin qiymətləndirilməsi və fəaliyyətinə nəzarət olunması məqsədilə Mərkəzi Banka prudensial hesabatları (bank tərəfindən həmçinin törəmə təsərrüfat cəmiyyətlərini daxil edən konsolidasiya əsasında tərtib edilmiş prudensial hesabatları), habelə bank statistika hesabatlarını təqdim etməlidirlər. Prudensial və bank statistikası hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.”;

1.30.2. 46.2-ci maddə üzrə:

1.30.2.1. birinci cümlədə (hər iki halda) ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə, “inspektorları” sözü “əməkdaşları” sözü ilə əvəz edilsin və həmin cümlədən “ildə bir dəfə” sözləri çıxarılsın;

1.30.2.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Banklarda və xarici bankların yerli filiallarında yoxlamalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır.”;

1.30.2.3. üçüncü və dördüncü cümlələr çıxarılsın;

1.30.3. 46.3-cü maddənin birinci abzasında və 46.6-cı maddədə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.30.4. 46.4-cü maddənin birinci hissəsinin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə, ikinci hissəsində “maliyyə bazarlarına nəzarət orqanının inspektorları” sözləri “Mərkəzi Bankın əməkdaşları” sözləri ilə əvəz edilsin;

1.30.5. 46.5-ci maddədə “maliyyə bazarlarına nəzarət orqanının inspektorlarına” sözləri “Mərkəzi Bankın əməkdaşlarına” sözləri ilə əvəz edilsin;

1.31. 46-1-ci maddə ləğv edilsin;

1.32. 47-ci maddə üzrə:

1.32.1. 47.1-ci maddənin birinci abzasında (hər üç halda) ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin və həmin maddəyə “aşkar etdikdə” sözlərindən sonra “, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə” sözləri əlavə edilsin;

1.32.2. 47.2-ci (hər iki halda), 47.3-cü və 47.5-ci maddələrdə ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.32.3. 47.4-cü maddənin birinci hissəsində “və çatışmazlıqların” sözləri “və (və ya) çatışmazlıqların, pozuntuların” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, ikinci və üçüncü hissələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.33. 57.3-cü maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə, üçüncü və dördüncü cümlələrində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.34. 57-2.2-ci maddədə, 57-4.1-ci maddənin birinci abzasında, 57-9.9-cu maddənin birinci cümləsində, 57-10.5-ci maddənin ikinci cümləsində, 57-11.20-ci maddədə, 71-1-ci maddənin adında, 71-1.1-ci maddədə və 71-1.2-ci maddənin birinci abzasında ismin müvafiq hallarında “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.35. 57-3.4-cü maddədən “inzibati qaydada və” sözləri çıxarılsın;

1.36. 57-5.5-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri və ikinci cümləsində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.37. 57-6.1-ci maddənin üçüncü cümləsindən “, habelə aktivlərin köçürülməsinin bank sistemində yaradacağı risklər” sözləri çıxarılsın və həmin cümlədə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin, dördüncü cümlədə “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.38. 57-8.2-ci maddənin birinci və üçüncü cümlələrində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.39. 57-9.2-ci maddədə “Mərkəzi Bank və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.40. 57-9.7-ci maddənin birinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanı” sözləri, dördüncü cümləsində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.41. 57-11.3-cü maddənin birinci cümləsində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.42. 57-11.4-cü maddədə “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.43. 57-11.5-ci maddənin birinci və üçüncü cümlələrində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, ikinci cümləsində “maliyyə bazarlarına nəzarət orqanına” sözləri “Mərkəzi Banka” sözləri ilə əvəz edilsin;

1.44. 57-11.10-cu maddənin birinci cümləsində “Maliyyə bazarlarına nəzarət orqanı” sözləri “Mərkəzi Bank” sözləri ilə, ikinci (hər iki halda) və üçüncü cümlələrində ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

1.45. 71.6-cı maddədən “maliyyə bazarlarına nəzarət orqanına və” sözləri çıxarılsın;

1.46. 74.1-ci maddənin birinci abzasında “Bank sisteminin mənafeyi” sözləri “Maliyyə bazarlarının sabitliyinin təmin edilməsi” sözləri ilə, hər iki halda “maliyyə bazarlarına nəzarət orqanının” sözləri “Mərkəzi Bankın” sözləri ilə əvəz edilsin;

1.47. 92-ci maddədən “maliyyə bazarlarına nəzarət orqanı və onun Direktorlar Şurasının üzvləri və digər vəzifəli şəxsləri,” sözləri çıxarılsın;

1.48. aşağıdakı məzmunda 94.1-1-ci maddə əlavə edilsin:

“94.1-1. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının verdiyi arayış əsasında müəyyən edilir.”.

Maddə 2. Bu Qanunun inzibatçıların təhsilinə və iş təcrübəsinə dair tələbləri bu Qanun qüvvəyə minənədək müvafiq vəzifəyə təyin edilmiş şəxslərə şamil edilmir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15