17:29
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 582; 2010, № 2, maddə 80; 2016, № 6, maddə 1028; 2019, № 5, maddə 911; 2020, № 8, maddə 1064; 2021, № 6 (I kitab), maddə 607; 2022, № 8, maddə 909; 2023, № 3, maddə 391) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın III hissəsinin 12-ci, 13-cü və 15-ci bəndlərinin “İcra orqanları” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
2. “Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 213; 2014, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1464; 2020, № 5, maddə 615; 2023, № 3, maddə 391) 1-ci hissəsində “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257, № 5, maddə 877; 2020, № 8, maddə 1064; 2021, № 6 (I kitab), maddə 607, № 8, maddə 947; 2022, № 8, maddə 909; 2023, № 3, maddə 391, № 4 , maddə 535) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.7-ci, 2.8-ci və 2.15-ci bəndlərin ikinci abzaslarına “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən sonra “, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin;
3.2. 4.18-ci bəndin ikinci abzasına “Nazirliyi” sözündən sonra “, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2701; 2021, № 6 (I kitab), maddə 606; 2022, № 5, maddə 532, № 8, maddə 912; 2023, № 3, maddə 390, № 4, maddə 534) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 7.4.4.5-ci və 7.5.3.1 – 7.5.3.3-cü yarımbəndlərinin “Əsas icraçı qurum” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 937; 2022, № 5, maddə 530; 2023, № 3, maddə 390, № 4, maddə 534) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın “4. Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 4.4.3-cü, 4.4.6-cı, 4.5.2-ci, 4.5.5-ci, 4.6.4-cü, 4.7.5-ci və 4.7.6-cı yarımbəndlərinin “İcraçı orqanlar” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946; 2022, № 5, maddə 534; 2023, № 3, maddə 390, № 4, maddə 534; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 iyun tarixli 3914 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 5.2.1 – 5.2.3-cü və 5.2.7-ci yarımbəndlərin “İcraçı qurumlar” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin;
6.2. 5.2.4 – 5.2.6-cı və 5.3.10-cu yarımbəndlərin “İcraçı qurumlar” sütununa “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən sonra “, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1375; 2021, № 6 (I kitab), maddə 607; 2022, № 5, maddə 534; 2023, № 3, maddə 390, № 4, maddə 534) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın “12. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 12.2.4-cü və 12.5.3-cü yarımbəndlərin “İcraçılar” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin;
7.2. 12.6.3-cü yarımbəndin “İcraçılar” sütununa “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən sonra “, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790; 2023, № 3, maddə 391) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1.1.10-cu yarımbəndin 3-cü abzasının, 3.1.8-ci yarımbəndin 1-ci abzasının, 3.3.1-ci yarımbəndin 1-ci və 2-ci abzaslarının, 3.3.2-ci yarımbəndin 1-ci və 2-ci abzaslarının, 3.3.3-cü yarımbəndin 2-ci abzasının, 3.3.4-cü yarımbəndin 1-ci və 2-ci abzaslarının “Digər icraçılar” sütununda “İTSDA” akronimi “TƏBİB” akronimi ilə əvəz edilsin;
8.2. 3.3.1-ci yarımbəndin 3-cü və 4-cü abzaslarının, 3.3.2-ci yarımbəndin 3-cü abzasının, 3.3.3-cü yarımbəndin 1-ci abzasının, 3.3.7-ci yarımbəndin 1-ci, 3-cü və 4-cü abzaslarının “Digər icraçılar” sütununa “İTSDA” akronimindən əvvəl “TƏBİB,” akronimi əlavə edilsin;
8.3. 3.3.5-ci yarımbənd üzrə:
8.3.1. 2-ci və 5-ci abzasların “Əsas icraçı orqan (qurum)” sütununda “İTSDA” akronimi “TƏBİB” akronimi ilə əvəz edilsin;
8.3.2. 3-cü abzasın “Digər icraçılar” sütununa “İTSDA” akronimindən sonra “(tibbi xidmətlərin keyfiyyət standartları sisteminin işlənilib hazırlanmasına, kliniki protokolların yenilənməsinə münasibətdə) TƏBİB” sözləri əlavə edilsin;
8.4. 3.3.6-cı yarımbəndin 1-ci abzasının “Digər icraçılar” sütununa “SN” akronimindən sonra “, TƏBİB” akronimi əlavə edilsin;
8.5. 5.1.1-ci yarımbəndin 1-ci abzasının “Digər icraçılar” sütunundan “İTSDA,” akronimi çıxarılsın;
8.6. “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsinə “İTSDA Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən sonra “, TƏBİB Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2023-cü il
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...
17 noyabr 2026, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...
17 noyabr 2026, 15:40Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 16 noyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını m...
16 noyabr 2026, 13:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...
16 noyabr 2026, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...
16 noyabr 2026, 13:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...
16 noyabr 2026, 13:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...
16 noyabr 2026, 13:21