14:00

Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Protokolu”nu imzaladılar.
“Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu”nu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Yunus Əmrə İnstitutunun türkologiya əlaqələndiricisi Yasin Tunç imzaladılar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio-Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu”nu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Türkiyə Radio-Televiziya Qurumu - TRT-nin baş direktoru İbrahim Şahin imzaladılar.
“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında kombinə edilmiş yük daşımalarının inkişafına dair Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım imzaladılar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan-Türkiyə toxumçuluq və araşdırma ortaq müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin rəhbəri Sərdar Çam imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimlənmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan imzaladılar.
2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı,...
10 iyun 2025, 13:03Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Portuqaliya...
10 iyun 2025, 11:00İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...
07 iyun 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən...
05 iyun 2025, 19:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...
05 iyun 2025, 15:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...
05 iyun 2025, 15:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...
05 iyun 2025, 15:28Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...
05 iyun 2025, 15:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...
05 iyun 2025, 15:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...
05 iyun 2025, 15:22Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
05 iyun 2025, 15:20