Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi QAYDASI

17 iyul 2023, 14:57


Azərbaycan Respublikası Prezidentinin

2023-cü il 17 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 22-ci maddəsinə əsasən hazırlanmışdır və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin (bundan sonra – nəzarət) həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Müvafiq sahədə nəzarətin məqsədi Qanunun və müvafiq sahə üzrə digər normativ hüquqi aktların tələblərinə əməl olunmasını, pozuntuların qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməkdən ibarətdir.

1.3. Müvafiq sahədə nəzarət Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

1.4. Müvafiq sahədə nəzarət enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması, satışı və istehlakı üzrə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş nəzarət istiqamətlərinin şamil edildiyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat subyektlərinə və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə (idarəçilərinə) münasibətdə (bundan sonra – nəzarət subyektləri) həyata keçirilir.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Müvafiq sahədə nəzarətin həyata keçirilməsi qaydası

2.1. Müvafiq sahədə nəzarət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

2.1.1. Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, məcburi enerji auditinin keçirilməsi;

2.1.2. Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, enerji menecmenti sisteminə dair tələblərə əməl edilməsi;

2.1.3. Qanunun 8.1-ci maddəsinə uyğun olaraq, nəzarət subyektləri tərəfindən enerji idarəçilərinin (menecerlərin) təyin olunması;

2.1.4. Qanunun 11-ci maddəsinə uyğun olaraq, istehlak olunan enerjinin hesablanması;

2.1.5. Qanunun 12-ci maddəsinə uyğun olaraq, məlumatların istehlakçılara çatdırılması və qorunması;

2.1.6. Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, enerji effektivliyi potensialının qiymətləndirilmə nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün enerji resurslarından səmərəli istifadəyə dair müəyyən edilmiş öhdəliklərin icrası.

2.2. Nəzarət subyektləri Nazirlik nümayəndələrinin bu Qaydanın 2.3-cü və 3.3-cü bəndlərində nəzərdə tutulmuş tədbirləri həyata keçirmələri üçün şərait yaratmalıdırlar.

2.3. Nazirliyin bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan istiqamətlər üzrə yoxlamalar keçirmək, nəzarət subyektindən sənədlərin surətini (elektron sənədin nüsxəsini) tələb etmək, nəzarət istiqaməti ilə bağlı digər dövlət orqanlarından (qurumlarından) məlumat əldə etmək, nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılmasını tələb etmək hüququ vardır.

2.4. Qanunun 18.1.3-cü maddəsinə uyğun olaraq istehlakçıları enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, habelə məhsulların enerji səmərəliliyi ilə bağlı zəruri məlumatlarla təmin etmək məqsədilə Nazirlik enerji resurslarından istifadə və istehlak olunmuş enerjiyə dair məlumatların, o cümlədən müvafiq sahə ilə bağlı görülmüş tədbirlərə dair sənədlərin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi nəzərə alınmaqla saxlanılmasını təmin edir.

2.5. Nazirlik nümayəndələrinin müvafiq sahədə fəaliyyətin həyata keçirildiyi yerlərə gəlməklə apardığı yoxlamalar təsərrüfat subyektlərinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, qeyri-yaşayış binalarının mülkiyyətçilərinə (idarəçilərinə) münasibətdə isə Nazirliyin hər il ən geci dekabrın 1-dək təsdiq etdiyi və 1 (bir) iş günü müddətində rəsmi internet səhifəsində yerləşdirdiyi tədbirlər planına uyğun olaraq həyata keçirilir.

2.6. Tədbirlər planında aşağıdakı məlumatlar göstərilir:

2.6.1. növbəti il üçün yoxlama keçiriləcək nəzarət istiqamətləri;

2.6.2. yoxlama keçiriləcək nəzarət subyektlərinin adları və ünvanları (hüquqi ünvanları);

2.6.3. nəzarət subyekti barəsində yoxlamanın keçirilməsinin başlanma və bitmə tarixi.

2.7. Tədbirlər planı üzrə yoxlamalar 3 (üç) ildə bir dəfə həyata keçirilir. Yoxlama başlandığı tarixdən etibarən 10 (on) iş günündən artıq davam edə bilməz.

3. Müvafiq sahədə həyata keçirilən monitorinqin xüsusiyyətləri

3.1. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan istiqamətlər üzrə həyata keçirilən tədbirlərə dair məlumatların sistemli toplanılması, düzgünlüyünün yoxlanılması və qiymətləndirilməsi, habelə normativ hüquqi aktların tələblərinə əməl edilməsi vəziyyətinin öyrənilməsi, görülmüş işlərin və əldə olunmuş nəticələrin təhlili məqsədilə Nazirlik tərəfindən monitorinqlər həyata keçirilir.

3.2. Müvafiq sahədə monitorinqlər kameral qaydada nəzarət subyektlərinin təqdim etdikləri sənədlər və məlumatlar əsasında keçirilir.

3.3. Müvafiq sahədə monitorinqlər aşağıdakı üsullarla həyata keçirilir:

3.3.1. nəzarət subyektinin təqdim etdiyi hesabatların və enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərin icra vəziyyətinin müəyyən olunması üçün əldə edilmiş məlumatların düzgünlüyünün müqayisəli araşdırılması və təhlili;

3.3.2. müvafiq sahədə statistik məlumatların, müraciətlərin və mediada yayılmış məlumatların toplanılması;

3.3.3. aidiyyəti dövlət orqanları (qurumları) və müvafiq sahə mütəxəssisləri ilə müzakirələrin təşkili.

3.4. Nazirlik bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq aparılan monitorinqlərin yekununda nəzarət subyektləri barəsində aşağıdakı tədbirləri görür:

3.4.1. müvafiq sahə üzrə tövsiyələr verir;

3.4.2. müvafiq sahə üzrə metodiki kömək göstərir, izahlar verir;

3.4.3. illik monitorinq tədbirlərinin nəticələrini ictimaiyyətə açıqlayır;

3.4.4. icrası məcburi olan göstərişlər verir;

3.4.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görür.

3.5. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hesabatı aşağıdakı nəzarət subyektləri hər hesabat ili üçün növbəti il yanvarın 31-dək yazılı və ya elektron qaydada Nazirliyə təqdim edirlər:

3.5.1 enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması və satışı sahəsində fəaliyyət göstərən subyektlər;

3.5.2. Qanunun 6.3-cü maddəsinə uyğun olaraq enerji menecmenti sistemi tətbiq edən məcburi enerji auditi subyektləri;

3.5.3. Qanunun 8.1-ci maddəsinə uyğun olaraq enerji idarəçisi (meneceri) təyin etmək öhdəliyi olan nəzarət subyektləri.

3.6. Enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi Qanunun 6.14-cü maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

4. Nəzarət tədbirlərinin nəticələrinin rəsmiləşdirilməsi

4.1. Təsərrüfat subyektlərinə münasibətdə nəzarət tədbirlərinin nəticələri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.

4.2. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmuş digər nəzarət subyektlərinə münasibətdə nəzarət tədbirlərinin nəticələri aktla rəsmiləşdirilir. Aktda aşağıdakı məlumatlar göstərilir:

4.2.1. aktın tərtib edildiyi tarix, yer və nömrəsi;

4.2.2. aktı tərtib edən şəxslərin hər birinin vəzifəsi, soyadı, adı və atasının adı;

4.2.3. bu Qaydanın 2.6.1 – 2.6.3-cü yarımbəndlərində qeyd edilən məlumatlar;

4.2.4. nəzarət tədbirləri həyata keçirilən zaman aşkar olunmuş pozuntuların məzmunu və tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;

4.2.5. bu Qaydanın 3.4-cü bəndində göstərilən tədbirlərin görüləcəyi barədə məlumatlar;

4.2.6. akta əlavə edilən sənədlərin siyahısı (olduğu halda).

4.3. Nəzarət tədbirlərinin nəticələri barədə akt, həmin tədbirlərin bitmə tarixindən gec olmayaraq, Nazirlik tərəfindən 2 (iki) nüsxədə tərtib edilməli və 1 (bir) nüsxəsi tərtib edildiyi tarixdən 2 (iki) iş günü müddətində barəsində akt tərtib edilmiş nəzarət subyektinə təqdim olunmalı və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilməlidir.

4.4. Həyata keçirilmiş nəzarət tədbirləri və əldə edilmiş məlumatlar üzrə Nazirlik tərəfindən enerji effektivliyi sahəsində hazırlanmış illik hesabat Nazirliyin rəsmi internet informasiya ehtiyatında, habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər mənbələrdə açıqlanır.

4.5. Nəzarət tədbirlərinin nəticələri üzrə Nazirliyin qərarlarından inzibati qaydada və məhkəməyə şikayət edilə bilər.

SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06