“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 28 avqust tarixli 955 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 iyul 2023, 16:19

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.1-ci və 7.4-cü maddələrinin ikinci cümlələrində, 13.5-ci, 13.6-cı, 13.7-ci (hər iki halda) maddələrində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 34.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13.7-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 6-2.1-ci, 7.4-cü və 34.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 13.5-ci, 13.6-cı, 13.7-ci (birinci halda) maddələrində, 34.1-ci maddəsinin birinci cümləsində və 34.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydalarını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. həmin Qanunun 34.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 903-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 87; 2015, № 8, maddə 910; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 377, № 10, maddə 1778; 2018, № 10, maddə 2001; 2019, № 5, maddə 857; 2020, № 6, maddə 707; 2021, № 5, maddə 450; 2022, № 7, maddə 754, № 8, maddələr 844, 881; 2023, № 4, maddə 475) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissədə “sahibkarlıq fəaliyyəti subyekti” sözləri “sahibkar” sözü ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” üzrə:

3.2.1. 1.4-cü bənddə “sahibkarlıq fəaliyyəti subyektlərində” sözləri “yoxlama obyektlərində” sözləri ilə əvəz edilsin;

3.2.2. 1.5-2-ci bənddə və 2.4.2-ci yarımbənddə “sahibkarlıq subyektlərinin” sözləri “sahibkarların” sözü ilə əvəz edilsin;

3.2.3. 1.6-1-ci bəndin ikinci cümləsində “sahibkarlıq fəaliyyətinin subyekti” sözləri “sahibkar” sözü ilə əvəz edilsin;

3.2.4. 3.1-ci, 3.6-cı bəndlərdə, 5.1-ci bəndin birinci cümləsində və 5.3-cü bənddə ismin müvafiq hallarında “sahibkarlıq fəaliyyəti subyektləri” sözləri ismin müvafiq hallarında “sahibkarlar” sözü ilə əvəz edilsin;

3.2.5. 3.4.3-cü, 3.4.5-ci, 3.4.6-cı yarımbəndlərdə və 3.5-ci bənddə ismin müvafiq hallarında “sahibkarlıq subyekti” sözləri ismin müvafiq hallarında “sahibkar” sözü ilə əvəz edilsin;

3.2.6. 3.4.4-cü yarımbənddə, 4.5-ci bənddə, 4.6-cı bəndin ikinci cümləsində və 5.1.3-cü yarımbənddə ismin müvafiq hallarında “sahibkarlıq fəaliyyəti subyekti” sözləri ismin müvafiq hallarında “sahibkar” sözü ilə əvəz edilsin;

3.2.7. 3.4.8-ci və 5.1.6-cı yarımbəndlərdə “təsərrüfat obyektinin” sözləri “yoxlama obyektinin adı, təsviri,” sözləri ilə əvəz edilsin;

3.2.8. 4.9-cu bənddə “hər 3 aydan bir” sözləri “Qanunun 13.7-ci maddəsinə uyğun olaraq ildə iki dəfə (fevralın və avqustun 15-dək)” sözləri ilə, “sahibkarlıq subyektləri” sözləri isə “sahibkarlar” sözü ilə əvəz edilsin;

3.2.9. 4.10-cu bənddə “sahibkarlıq fəaliyyəti subyektləri” sözləri “sahibkarlar” sözü ilə, “sahibkarlıq fəaliyyəti subyektinin” sözləri isə “sahibkarın” sözü ilə əvəz edilsin;

3.2.10. 5.6-cı bənddə “Sahibkarlıq fəaliyyəti subyektləri” sözləri “Sahibkarlar” sözü ilə əvəz edilsin.

4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 898; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 461, № 8, maddə 1384; 2018, № 11, maddələr 2248, 2250) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1-ci bənddə “, 13.2-ci, 27.1-ci və 27.4.1-ci maddələrində” sözləri “maddəsində, 6-2.1-ci və 7.4-cü maddələrinin ikinci cümlələrində, 13.2-ci, 13.5-ci, 13.6-cı, 13.7-ci (hər iki halda), 27.1-ci, 27.4.1-ci maddələrində, 34.1-ci maddəsinin birinci və ikinci cümlələrində və 34.6-cı maddəsində” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda 4.1-1-ci, 4.2-1-ci və 4.3-1-ci bəndlər əlavə edilsin:

“4.1-1. həmin Qanunun 13.7-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“4.2-1. həmin Qanunun 6-2.1-ci, 7.4-cü və 34.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“4.3-1. həmin Qanunun 13.5-ci, 13.6-cı, 13.7-ci (birinci halda) maddələrində, 34.1-ci maddəsinin birinci cümləsində və 34.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”;

4.3. 4.3-cü bənddən “, 34.1-ci” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyul 2023-cü il

SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09