Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

14 iyun 2023, 14:26

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 ( I kitab), maddə 567, № 11, maddə 1211, № 12, maddə 1367; 2022, № 1, maddə 29, № 4, maddələr 302, 323, № 5, maddə 475, № 6, maddə 594, № 8, maddə 874, № 10, maddə 1142, № 12, maddələr 1411, 1428, 1441; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.11.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:

1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;

2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;

3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;

4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;

5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini;”;

1.2. aşağıdakı məzmunda 3.11.5-2-ci yarımbənd və 4.17-1-ci bənd əlavə edilsin:

“3.11.5-2. şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir.”;

“4.17-1 Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər:

4.17-1.1. Bu Əsasnamənin 3.11.5-2-ci yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarına aid edilmir.”.

 

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1415; 2017, № 11, maddə 2018; 2018, № 2, maddə 218; 2020, № 6, maddə 692) ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2-ci bəndə “reyestrinə” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin;

2.2. 4.3-cü bəndə “orqanları” sözündən sonra “ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını, özbaşına tikinti işlərinin qarşısının alınmamasını,” sözləri əlavə edilsin və həmin bənddə “Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir” sözləri “Nazirliyini 1 (bir) iş günü müddətində elektron qaydada məlumatlandırır və bu barədə bütün məlumatları elektron qaydada Komitəyə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir” sözləri ilə əvəz edilsin;

2.3. 5.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.1.3. inşa edilən tikinti obyektinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunsuzluğu ilə bağlı aşkar olunmuş pozuntular barədə akt tərtib etmək, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə və Agentliyə, yerinə yetirilmə müddəti göstərilməklə, bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq icrası məcburi olan əsaslandırılmış göstəriş vermək;”.

3. Bu Fərmanın 2.1-ci və 2.2-ci (məlumatların elektron qaydada verilməsinə münasibətdə) bəndləri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2023-cü il 

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44