Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqdan

13 iyun 2023, 18:31

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız - Müstəqillik Gününün 105-ci ildönümü münasibətilə ən səmimi təbriklərimi çatdırım.

Vyetnam Azərbaycanda həyat səviyyəsinin yüksəldilməsi, ölkənin inkişafı və beynəlxalq mövqeyinin möhkəmlənməsi istiqamətində xalqınızın əldə etdiyi nailiyyətləri həmişə maraqla izləyir və onlarla fəxr edir.

Vyetnam ilə Azərbaycanın regionda və beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə kömək edən ənənəvi dostluğun, çoxtərəfli əməkdaşlığın müsbət inkişafına çox şadam.

Əminəm ki, Vyetnamla Azərbaycan bu əsasda ölkələrimizin və xalqlarımızın tərəqqisi, rifahı, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də müxtəlif sahələrdə əməkdaşlığı genişləndirəcəkdir.

Azərbaycan Respublikasına tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Hörmətlə,

Vo Van Txıonq

Vyetnam Sosialist Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55